İmam Əli (ə) cahil insanın əlamətlərini necə izah edir?
İmam Əli (ə) buyurub: "Cahil o kəsdir ki – bilmədiyi məsələdə - özünü alim hesab edə və öz fikri ilə kifayətlənə. O, alimlərdən uzaq olar və onlara eyb tutar. Öz muxaliflərini xətakar, anlamadığı məsələləri isə yoldan azdıran (fikir) kimi bilər.
Bilmədiyi mətləbə çatanda onu inkar edərək yalan bilər. Nadanlıq üzündən deyər: Mən belə bir şeyi tanımıram və belə bir şeyin olmasına inanmıram. Belə bir şey harada var, deyər. Bu ona görədir ki, yalnız öz rəyinə inanır və cahil olmasına da mərifəti yoxdur. Bu cahilliyə görə cəhldən bəhrələnərək, haqqı inkar edər və nadanlıqda da mütəhəyyir (avara və heyrət içində) qalar. O təkəbbürlük edib elm almaz." (Tuhəful-Üqul, səh-73) Oxşar xəbərlər
|