İmam Həsənin (ə) yəhudi qonşusu ilə rəftarı
İmam Həsən (ə) çox güzəşt edən, yaxşı müdara edən bir şəxsiyyət idi, ona edilən zülmkarlıqlara qarşı dözüm göstərər, ona göz yumardı.
Dəfələrlə onun bu xüsusiyyəti və müdarası qarşı tərəfin öz səhv davranışını islah etməsinə səbəb olmuşdur. İmam Həsənin (ə) evinin qonşuluğunda bir yəhudi ailəsi yaşayırdı. Yəhudinin evinin divarı çartlamışdı və onun mənzilinin nəcasəti imamın evinə keçmişdi (Şübhəsiz, imam həm nəcasətə, həm də onun iyinə görə çox əziyyət çəkmişdi). Yəhudinin bundan xəbəri yox idi. Bir gün yəhudinin arvadı həzrətin evinə getdi və öz divarlarının çatladığını, nəcasətin imamın evinin divarlarına keçdiyini gördü. Dərhal evinə qayıdıb məsələni ərinə xəbər verdi. Yəhudi kişi imamın yanına gəldi və öz səhlənkarlığına görə həzrətdən üzr istədi. O, imamın bu müddət ərzində bu işə görə ona heç bir söz deməməsinə görə çox utandı. İmam Həsən (ə) onun bundan artıq utanmaması üçün buyurdu: “Cəddim Rəsulullahdan (s) eşitdim ki, buyurdu: Qonşuya mehribanlıq edin”. İmamdan bu böyüklük və gözəl rəftarı görən yəhudi evinə qayıtdı, ailə-uşağının əlindən tutub həzrətin yanına gəldi və imamdan xahiş etdi ki, onları İslam dininə hidayət etsin. Qaynaq: Şəhidi, Məhəmməd Həsən, “Töhfətül-vaizin”, c. 2, səh. 106. Hazırladı: Seyid Zahir Oxşar xəbərlər
|