Quranı əzbərləmək xəstəliklərin qarşısını alır
Mьəllif: admin1
Tarix: 26-01-2022, 22:59
Quranı əzbərləmək xəstəliklərin qarşısını alır
Quran hafizlərinin üzərində aparılan yeni tədqiqat və araşdırmaların nəticəsi göstərir ki, Quran-Kərimi əzbərləmək ilə ruhi və psixi sağlamlığın arasında sıx bağlılıq var.

Quran hafizlərinin üzərində aparılan yeni tədqiqat və araşdırmaların nəticəsi göstərir ki, Quran-Kərimi əzbərləmək ilə ruhi və psixi sağlamlığın arasında sıx bağlılıq var və hafiz Qurandan nə qədər çox əzbər edibsə, həmin miqdarda da ruhi və psixi sağlamlığı daha çox olur.

Riyadın Psixologiya universitetinin ustadı Dr. Saleh ibn İbrahim əs-Səni bu araşdırmanı iki 170 nəfərlik qrup üzərində aparıb.

Birinci 170 nəfər "Məlik Əbdül-Əziz" adına universitetin qız və oğlan tələbələri və ikinci 170 nəfər isə "İmam Şatibi" adına Quran Araşdırmaları Akademiyasının qız və oğlan tələbələri olub.

Dr. Saleh ibn İbrahim əs-Səni - Riyadın Psixologiya universitetinin ustadı, "ruhi və psixi sağlmalıq" barədə deyir: "Hər bir fərdin sağlamlığı 4 faktor əsasında təyin edilir: 1. Dini və mənəvi; 2. Ruhi və psixi; 3. İctimai; 4. Fiziki və cismi".

Onun tədqiqatın nəticələrinə görə, Quran ayələrinin əzbərlənməsi ruhi sağlamlıqda geniş və dərin təsirə malikdir və əzbərlənən ayələrin çoxluğu təsiri də çoxaldır.

Həmçinin tədqiqatın nəticəsinə görə bəlli olub ki, Quran əzbərləmək tələbələrin zehnini və dərkini gücləndirir və dünyəvi təhsillərinə də öz təsirini qoyur.

Çünki Quran ayələri hər bir fərdin müxtəlif hallarında ona ən yaxşı məsləhətçidir və ən çətin anlarda ən yaxşı məsləhətçi kimi insanın köməyin gəlir, onu ümidsizləşməyə qoymur, hərəkətverici rol oynayır, özünəgüvəni gücləndirir və həmişə fövqəladə bir gücün ona kömək edəcəyini təlqin edir.

Bu araşdırmaya əsasən Quran əzbərləməyin bəzi təsirlərinə işarə edirik:

1) Zehni təsəvvürlərin paklanması, İlahiləşməsi, mənəviləşməsi.

2) Hafizənin güclənməsi.

3) Ruhi və psixi sakitlik.

4) Şadlıq və xoşbəxtlik hissi.

5) İztirab, nigarançılıq, qorxu və qüssədən uzaq olmaq.

6) Ərəb dili və natiqliyin güclənməsi.

7) Fərdin ictimai əlaqələrinin yaxşılaşması və özünəgüvənlik.

8) Fiziki və mənəvi xəstəliklər ilə mübarizə etmək və xilas olmaq gücünə yiyələnmək.

9) Anlama və dərk etmə qüdrətinin çoxalması.

10) Özünü güclü hiss etmək və buna görə ruhi və psixi sakitlik əldə etmək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində bu barədə aparılmış 70 elmi tədqiqata əsasən dindarlıq fərdin ruhi və psixi sağlamlıqda və daxili sakitliyində dərin və geniş təsirə malikdir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031