RƏCƏB AYININ FƏZİLƏTİ
Rəcəb, Şəban və mübarək Ramazan aylarının fəziləti ilə bağlı nəql olunan hədislərin sayı az deyildir. Peyğəmbərdən (s) belə nəql olunur: “Rəcəb ayı çox böyük aydır...
Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığını qazanar, Onun qəzəbindən amanda olar və cəhənnəm qapıları onun üzünə bağlanar.” İmam Kazimdən (ə) də belə nəql olunur: “Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar.” O həzrət başqa bir hədisdə buyurur: “Rəcəb – cənnətdə süddən ağ və baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq həmin bulaqdan dadacaq.” İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah bağışlayan və mehribandır. Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə.” İbn Babəveyh mötəbər silsilə sənədlərlə Salimdən belə nəql edir: “Rəcəb ayından bir neçə gün qalmış imam Sadiqin (ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək buyurdu: “Heç bu ayda oruc tutubsan?” Dedim: “Xeyr, ey Peyğəmbər övladı!” Buyurdu: “Sənin nə qədər savabı əldən verdiyini yalnız Allah bilir. Bu ayı başqa aylardan üstün tut və ona böyük hörmətlə yanaş! Allah-Taala bu ayda oruc tutan şəxsi Özünə əziz etməyi vacib bilib.” Sonra soruşdum: “Ey Peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam, oruc tutanların savabını qazanarammı?” Buyurdu: “Ey Salim! Kim bu ayın sonuncu gününü oruc tutsa, Allah onu “ölümün çətinlikləri”ndən və “qəbir əzabı”nın qorxusundan qoruyar. Kim son iki gününü oruc tutsa, “Sirat” körpüsündən asanlıqla keçər. Kim son üç gününü oruc tutsa, böyük “Qiyamət” gününün qorxu və şiddətindən amanda olar.” (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi.) Rza Şükürlü Oxşar xəbərlər
|