Axıril-zamanın əlamətləri
Dinlərin nəzərinə görə, axıril-zaman o zamandır ki, heyrətləndici və böyük hadisələr baş verəcəkdir.
Bu dövr – dünya həyatının indiki səpkidə davam etməsinin sonu olan dövrdür ki, ondan sonra yeni bir dövr başlayacaqdır. Bu sonrakı dövr bizim yaşadığımız indiki dövr ilə fərqli olacaqdır. İlahi dinlər bu dövrdə o kəsin zühurunu xəbər verirlər ki, Yer üzündəki zülmü aradan aparacaq və yerini ədalətlə dolduracaqdır. İslam dininin nəzərinə görə isə axıril-zamanda zühur edəcək şəxs - İmam Məhdidir (ə.f). Hər bir intizarda olan müsəlmana axıril-zamanın əlamətlərini bilmək zəruridir ki, öz təklifini və vəzifələrini müəyyən edə bilsin. Hədislərimizdə axıril-zaman üçün bəzi əlamətlər bəyan edilmişdir ki, onlara işarə edək: 1. Cəmiyyətdə qorxu artacaq. İmam Baqir (ə) buyurur: “Həzrət Qaim (ə.f) qiyam etməz, məgər qorxu ilə dolu bir dövranda”. İmam (ə) başqa yerdə buyurur: “Məhdi (ə.f) o zaman qiyam edəcəkdir ki, cəmiyyətin rəhbərlik işləri zalımların əlində olacaqdır”. 2. Məscidlərin hidayətdən boşalması. Həzrət Peyğəmbər (s) axəril-zamandakı məscidlər haqqında buyurur: “Həmin zamanın məscidləri abad və gözəldir. Ancaq hidayətdən orada xəbər yoxdur”. 3. İnsan hissləri soyuyar. Həzrət Peyğəmbər (s) buyurur: “O ruzigarda böyüklər əlinin altında olanlara və kiçiklərə rəhm etmirlər, qüvvətli zəifə rəhm etməz. O zaman Allah ona (Qaimə (ə.f)) zühur üçün izn verər”. 4. Əxlaq fəsadları artar. Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqirə (ə) dedim: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin Qaim (ə.f) nə zaman zühur edəcəkdir?”. İmam (ə) buyurdu: “O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər”. 5. Övladı az arzu etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət bərpa olmaz, o zamana qədər ki, beş övlad sahibi dörd övlad sahibi olmağını arzu edər və o kəsin ki, 4 övladı olar deyər: “Ey kaş 3 övladım olaydı”. O kəsin ki, 2 övladı olar, 1 övladı arzu edər. O kəsin ki, bir övladı olar, arzu edər ki, ey kaş övladım olmayaydı”. 6. Ani ölümlər. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət bərpa olmaz o zamana qədər ki, ağ ölüm zahir olar”. Soruşurlar ki, ağ ölüm nədir? Buyurur: “Ani ölüm”. 7. Müharibələr və qətllər. İmam Rza (ə) buyurur: “İmam Zamanın (ə.f) zühurundan əvvəl davamlı qətllər baş verəcəkdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|