Hacət namazı
Hacət namazı-1 Allah təaladan hacəti olan, 4 rəkət namaz qılıb onun hər rəkətində Həmddən sonra Ənam surəsini oxuyub namazdan sonra oxusun.Ya Kərimu, Ya Kərimu, Ya Kərimu, Ya Əzimu, Ya Əzimu, Ya Əzimu, min kulli əzimən ya səmiəd-duai, ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyamu salli əla Muhəmmədin və alihi vərhəm zafi və fəqri və faqəti və məskənəti, fəinnəkə ələmu biha mini və əntə ələmu bihacəti, ya mən rəhiməş-şəyxə Yəqubə hinə rəddə ələyhi Yusufə qurrətə əynihi ya mən rəhimə Əyyubə bədə tuli bəlaihi, ya mən rəhimə Muhəmmədən səlləlləhu ələyhi və alihi və minəl-yutmi avahu və nəsarahu əla cəbabirati qurəyşin və təvağitiha və əmkənəhu minhum, ya muğisu, ya muğisu, ya muğis. Hacət namazı-2 Ravidən nəql olunmuşdur ki, İmam Zeynul Abidin (ə) qapı ağzında əyləşmiş bir kişi ilə rastlaşdı. Həzrət o kişidən soruşdu: Bu zülmkar kişinin qapısının qarşısında nə üçün əyləşmisən? Dedi: Mənə üz vermiş çətinliyə görə. Buyurdu: Ayağa qalx, mən sənə elə bir kəsin qapısını göstərim ki, bu kişinin qapısından daha yaxşıdır. Həzrət onun əlindən tutub Həzrəti Peyğəmbərin (s) məscidinə gətirdi və buyurdu: Üzü qibləyə durub, iki rəkət namaz qıl, sonra Allaha həmd–səna deyib, Peyğəmbərə (s) salavat göndər. "Həşr” surəsinin axırıncı və "Hədid” surəsinin ilk altı və "Ali-İmran” surəsində olan iki ayəni oxuyub, öz hacətini Allah taaladan dilə, Allah onu sənə əta edəcəkdir. Ravəndi deyir: Bəlkə də "Ali-İmran” surəsinin iki ayəsindən məqsəd "Qulilahummə malikul-mulk” dən "biğəyri hisab” a qədərdir. Əllamə Məclisi buyurmuşdur: Bəlkə də məqsəd "Qulilahummə” ayəsi ilə "şəhidəllahu” ayəsidir. Oxşar xəbərlər
|