Misilsiz fəziləti olan "Rəğaib" gecəsinin dəqiq vaxtı
Misilsiz fəzilətə malik olan “Leylətur-Rəğaib” gecəsi rəcəb ayının birinci gününün gecəsi deyil birinci cümə gecəsinə təsadüf edir.
Əhli-sünnə mənbələrinə görə, “Leylətur Rəğaib” rəcəbin birinci gecəsi yaxud da şaban ayının 15-i gecəsidir. Bu fikiri imamiyyə alimləri arasında dəstəkləyənlər azdır. Hər halda burada əsas məsələ “Leylətur Rəğaib” gecəsi və əməllərinin fəzilətləridir. “Rəğaib” istəklər və arzular deməkdir. Bu gecəyə iki məna verilir: 1- İnsanların bu gecədə ibadətə, Allahla danışmağa rəğbəti və istəyi çox olur. 2- Allahın əfv və bağışlama istəyi çoxalır. Oxşar xəbərlər
|