İmam Baqir (ə) – Allah elminin xəzinəsi
![]() Tavus Yəməni də onların arasında idi və gözü bir cavana dəydi. Zirəkliklə dostlarına dedi: “Mən bu cavanı tanıyıram. Onu sınamaq istəyirəm, məni bu oyunda tək qoymayın”. Hamı toplaşdı və cavana tərəf hərəkət etdilər. İki rükət namazını qılıb kənarda insanların suallarına cavab verirdi. İnsanlar dəstə-dəstə gəlir və suallarını verirdilər. Tavus öz-özündə düşündü: “Ona elə sual verim ki, cavab verə bilməsin”. Üzünü cavana çevirdi və dedi: “De görüm hansı zaman idi ki, insanların üçdə biri həlak olmuşdular?”. Cavan aram səslə dedi: “Ey Əbdurrəhman! Üçdə biri deyildi, bəlkə dördə biri idi”. Tavus dedi: “Bəli, haqlısan, indi de görüm hansı zaman idi?”. Cavan dedi: “Bu hadisə o zaman baş vermişdi ki, Yer üzündə olan cəmiyyət Həzrət Adəm (ə), Həvva, Qabil və Habil idi. Qabil qardaşını öldürür, halbuki o zamanda Habil cəmiyyətin dördə birini təşkil edirdi”. Tavus dedi: “Niyə Adəmi (ə) belə adlandırıblar?”. Cavan dedi: “Çünki onun xəmir mayası yer üzündə olan torpaqdan götürülmüşdür”. Tavus soruşur: “O nədir ki, azalır və çoxalır? Bir başqası nədir ki, çoxalır, ancaq azalmır? O nədir ki, azalır, ancaq çoxalmır?”. Cavan dedi: “O şey ki, azalır və çoxalır – səmadakı Aydır. O şey ki, çoxalır, ancaq azalmır – dəniz suyudur. O şey ki, azalır, ancaq çoxalmır – insan ömrüdür”. Tavus bu cavabları gözləmirdi və bütün bu sualları doğru cavablandırdığı üçün o, başını aşağı salır və dostları ondan soruşurlar: “Tavus, de görək bu cavan kimdir?”. O, məğlub olmuş halda deyir: “Bütün elmləri açandır”. Bəli, bu cavan İmam Baqir (ə) idi. Allah hamıdan daha yaxşı bilir ki, elmini kimdə qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|