İmam Baqir (ə) İmam Sadiqin (ə) canişinliyini hansı yolla tanıtdırdı?
İmam Sadiq (ə) nəql edir: “Atamın yanında peyğəmbərlərin (ə) kitabından, silahından, əmanətindən nə vardısa, mənə tapşırdı. O zaman ki, vəfat anı gəlib çatdı, mənə buyurdu: “Dörd şahid çağır”. Mən Qureyşdən olan dörd nəfəri dəvət etdim. Mənə buyurdu: “Yaz və bu, o şeydir ki, Yəqub (ə) övladına onunla vəsiyyət vermişdir. Ey övladım! Allah dini sizin üçün seçmişdir və ona görə də Allahın rizasına təslim olmadan ölməyin”.
İmam (ə) vəsiyyət edir ki, onu hər cümə namaz qıldığı məscidə aparıb orada kəfənləsinlər və əmmaməsini başına qoysunlar. Qəbrini dörd guşəli edib, yerdən dörd barmaq qaldırsınlar. Dəfn edən zaman kəfənin bağını açsınlar. İmam Sadiq (ə) buyurur: “Atama dedim: “Ey ata! Bu vəsiyyətdə nə vardı ki, şahid istədin?”. Buyurdu: “İstəmirəm ki, məndən sonra səninlə dava etsinlər bu bəhanə ilə ki, sənə vəsiyyət etməmişəm. Bu yolla sənin üçün hüccət qərar vermək istədim””. İmam Baqir (ə) bu yolla hamıya İmam Sadiqin (ə) öz canişini olduğunu elan etmək istəyirdi. İmam Sadiq (ə) başqa yerdə buyurur: “Atam xəstə olan zaman mənə buyurdu: “Oğlum, Mədinədə sakin olan qureyşliləri bura çağır ki, onları şahid tutum”. Mən də belə etdim. İmam (ə) onların yanında mənə buyurdu: “Ey Cəfər! O zaman ki, dünyaya vida dedim, məni yu və kəfənlə. Qəbrimi torpaqdan dörd barmaq yuxarıda qərar ver. Ona su səp”. Şahidlər gedən zaman ona buyurdum: “Əgər mənə bu işləri əmr etsəydin, yerinə yetirərdim. Niyə bir dəstə insanın şahid olmasını istədin?”. Buyurdu: “Oğlum, istədim ki, səninlə dava etməsinlər”. İmam Sadiq (ə) başqa yerdə buyurur: “Atam, vəsiyyətində yazmışdı ki, onu üç libas ilə kəfənləyəm. Biri cümə günü namaz qıldığı cübbəsi idi və ikisi də başqa köynəklər idi. Ona dedim ki, niyə bunları yazırsınız? Buyurdu: “Qorxuram ki, insanlar səninlə dava edib desinlər ki, onu dörd və ya beş libasla kəfənlə. Ancaq sən onların sözü ilə yol getmə. Öz əmmaməmi başıma qoy. Əlbəttə əmmaməni kəfənin bir hissəsi kimi qərar vermə, bəlkə əmmamə o şeydəndir ki, bədəni onunla örtərlər””. İmam Baqir (ə) vəsiyyət edir ki, 800 dirhəmi yas mərasiminə xərcləsinlər. Bu işi sünnətdən hesab etmişdir. Belə ki, Peyğəmbər (s) buyurur: “Cəfərin ailəsi üçün yemək hazır edin”. Onlar da bu vəsiyyətə əməl etdilər. /Deyerler.org/ Oxşar xəbərlər
|