ÖVLİYALARIN XÜSUSİYYƏTLƏRİ
Mьəllif: admin1
Tarix: 12-02-2023, 10:28
ÖVLİYALARIN XÜSUSİYYƏTLƏRİ
Merac hədisində oxuyuruq: “Onlar Allahın bəndələrinə mənim baxdığım kimi baxan şəxslərdir...”

Bəli insanın başqalarına məhəbbəti onun öz Allahına məhəbbətinin şaxəsidir. Allahı sevməmiş, Onun bəndələrini Ona xatir sevmək mümkünsüzdür. Allaha məhəbbət sayəsində onunla bağlı insanlar da sevilir.

Mömin insan bir şəxsin Allahla bağlılığını gördükdə, Allahı sevdiyindən onu da sevir. Ona görə də imanlı insan xalqa bir növ Allahın gözü ilə baxır.

Yəni Allahın nəzərində əziz olan insan onun da nəzərində əzizdir. Mümkün deyil ki, Allah insanları bir meyarla, mömin isə başqa bir meyarla sevə. Allaha görə baxış Allahın baxışı ilə eyni bir meyardadır.

Hədisin davamından buyurulur: “Onlar öz ehtiyaclarını xalqdan istəməzlər.” İnsan həyatı təbii şəkildə ehtiyaclarla müşayiət olunur. İnsanın vücud tutumu böyük olduqca onun ehtiyacları da böyüyür. Quranda oxuyuruq: “Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə möhtac deyildir və hər cür şükürə və tərifə layiqdir.” (“Fatir”, 15)

İnsanların ehtiyaclarını ödəyə biləcək yeganə mövcud Allah-təaladır. Ona görə də Allah dostları daim Onun dərgahına əl açmış vəziyyətdədirlər. Onlar Allahın sonsuz qüdrətindən faydalanmaqla öz istəklərinə çatırlar. Onlar yalnız Allaha ümid edir və Ondan qeyrisinə könül vermirlər.

Duanın təkrar-təkrar tapşırılmasının hikmətlərindən biri budur ki, insanın öz Rəbbi ilə bağlılığı güclənsin və o, Allahından qeyrisinə əl açmasın.

Bu ruhi bağlılıq gücləndikcə başqalarına ehtiyac azalır. Belə ki, Allahla bağlılığını gücləndirmiş insan qəti şəkildə Ondan qeyrisinə əl açmır.

Həzrət İbrahim haqqında danışılan əhvalatda deyilir ki, İbrahim oda atıldığı vaxt Cəbrəilin yardımından imtina edərək, Allahın onun halından xəbərdar olduğunu bildirdi.

Əgər bir şəxs sizə etimad göstərərək bütün çətinliklərində sizə üz tutarsa, siz də ona qarşı səmimi münasibət bəsləyərsiniz. O daim sizə üz tutduğu kimi, siz də imkan daxilində onun ehtiyaclarını ödəməyə çalışarsınız.

İnsanlar arasındakı bu sayaq rabitə bəndə ilə Allah arasındakı rabitədən çox-çox zəif olsa da, mövzumuzu aydınlaşdırmaq üçün münasib bir misaldır.

Rəvayətdə oxuyuruq: “Onlar qarınlarını halal nemətlə doldurmazlar, haramla isə heç vaxt!” (“Biharül-ənvar”, c. 7, s. 22.)

Allah dostlarının digər xüsusiyyətlərindən biri budur ki, dünya və onun fani ləzzətlərinə əsir olmazlar. Onlar dünyanın hətta halal nemətlərindən də zəruri ehtiyacları qədər istifadə edərlər.

Onlar dünyanın nemətlərindən yalnız vəzifələrini icra etmək üçün güc əldə edəcəkləri həddə faydalanarlar. Əslində bədənin ehtiyacından artıq qidalanmaq orqanizmdə süstlük yaradır və onun gücünü azaldır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031