İmam Baqirdən (ə) Əhli-Beyt (ə) davamçılarına müjdə
Mьəllif: admin1
Tarix: 23-01-2023, 10:40
İmam Baqirdən (ə) Əhli-Beyt (ə) davamçılarına müjdə
“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi.

Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm.

Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir.

Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”.

Qoca irəli gəldi və İmam (ə) onu öz yanında əyləşdirdi və buyurdu: “Ey ixtiyar kişi! Bir nəfər atam Əli ibni Hüseynin (ə) xidmətinə gəlmişdi və sənin bütün bu suallarını ondan soruşmuşdu.

Atam İmam Səccad (ə) da buyurmuşdu: “O zaman ki, canın buraya çatacaqdır (əli ilə hulqumuna işarə etmiş) əmin qəlblə və çoxlu şövqlə əməl mələklərinlə üzləşərsən.

Əgər (bu əqidə ilə) dünyadan getsən, Peyğəmbərin (s), Əlinin (ə), Həsənin (ə), Hüseynin (ə), Əli ibni Hüseynin (ə) xidmətinə çatarsan. Əgər sağ qalsan, Allah elə bu dünyada gözünü aydın edər. Hər bir halda sən ali məqamda mənimlə olacaqsan””.

Qoca soruşdu: “Nə buyurursunuz?”. İmam (ə) bu dediklərini iki dəfə təkrar etdi. Qoca sevincindən “Allahu Əkbər!” dedi.

“Əgər ölsəm, Allahın Peyğəmbərinin (s), Əmirəl-möminin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səccadın (ə) xidmətinə çatacağam?

Can verən zaman əmin qəlb və çoxlu şövqlə əməl mələkləri ilə üzləşəcəyəm? Əgər sağ qalsam və o zamanı dərk etsəm, Allah mənim üçün xoş həyat hazır edəcəkdir? Sizinlə ali dərəcədə olacağam?”.

Qoca bu sözləri deyib, yüksək səslə ağlamağa başladı. Məclis əhli də qocanın bu halını görüb, ağlamağa başladı. İmam (ə) mübarək gözlərində olan yaşı sildi və qoca ondan istədi ki, mübarək əlini ona versin.

O, İmamın (ə) əlini aldı və öpdü, iki gözünə və üzünə çəkdi. Sonra İmamın mübarək (ə) əlini köynəyinin altından qarnına və sinəsinə çəkdi.

Sonra ayağa qalxıb məclis əhli ilə xudafizləşdi və getdi. İmam (ə) onun ardınca baxıb buyurdu: “Hər kim behiştdən bir nəfəri görmək istəyirsə, bu qoca kişiyə baxsın”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930