Ayətullah Xameneinin Rəcəb ayı ilə bağlı tövsiyələri
* Qəlbləri bu dünyadakı həyatın keşməkeşlərindən salamat çıxaran məhz Allahı yada salmaqdır. Allahı yad etməyin qiymətini bilin! Qeyd etdiyimiz kimi, rəcəb ayı yaxınlaşır.
Rəcəb ayının duaları mərifət ümmanıdır. Dua yalnız insanın öz qəlbini Allaha yaxınlaşdırmasından ibarət deyil. Əlbəttə, duada bu da var; duada öyrənmək və mənimsəmək də var; duada həm təlim, həm də ruhun saflaşdırılması var. Dualar – məsumlardan (ə) nəql olunan təsirli dualar həm zehni aydınlaşdırır, həm bizə həyatda ehtiyac duyduğumuz müəyyən həqiqət və bilikləri öyrədir, həm də qəlblərimizin diqqətini Allaha doğru yönəldir. Tanrını zikr edib xatırlamağa böyük dəyər vermək lazımdır. * Allah-taala rəcəb ayını bir daha yaşamaq səadətini bizə nəsib etmişdir və biz hamımız bu ilahi uğura görə bir-birimizi təbrik etməliyik. Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq, özünü islah etmək üçün bir fürsətdir. Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən fürsətdir, hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir. Nemətə şükür etmək o deməkdir ki, insan o neməti tanısın, onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin, bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin. Rəcəb ayı da bu nemətlərdən biridir. Sonra şəban ayı gəlir ki, o da başqa bir nemətdir. Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində ramazan ayının müqəddiməsidir. Ramazan ayı isə merac ayıdır, mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var. Rəcəb ayını dəyərləndirin, bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin. Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin. Çəkdiyiniz bu zəhmətləri Allah yoluna həsr edin. * Rəcəb ayı dua, təvəssül, diqqət, istiğfar ayıdır. Kimsə özünü istiğfar, tövbədən ehtiyacsız bilməsin. Həzrət Peyğəmbər (s) də gündə azı 70 dəfə istiğfar edirdi. İsitğfar hamıya aiddir. Xüsusilə bu maddi dünyada qərq, aludə olmuş bizlər üçün! İstiğfar bu çirkabın bir hissəsini yuyub aparır. Fürsəti qənimət sayaq, istiğfar edək! Böyüklər, seyr-sülük, məna əhli rəcəb ayını ramazan ayına müqəddimə, giriş sayıblar. Rəcəb və şəban hazırlıq aylarıdır. Hazırlıq birinci növbədə diqqət, qəlbin iştirakı üçün hazırlıqdır. İnsan özünü, bütün əməllərini və düşüncələrini Allahın hüzurunda görür. İnsan hiss edəndə ki, onu görürlər, söz və hərəkətlərinə diqqətli olur. / Ali Rəhbər Ayətullah Xamenei Oxşar xəbərlər
|