Darda qalan bir kimsə Onu çağırdığı zaman, ona cavab verən...
“(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı, başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!”. (“Nəml” 62).
O zaman ki, bütün dünyanın qapıları insanın üzünə bağlanar və insan çarəsiz qalar, onu bu çətinliklərdən xilas edə biləcək tək varlıq – Allahdır. İnsan etdiyi duası ilə qəlbini ümid nuru ilə aydınlandırar və Allahın rəhmətinə inanar. Allah insanı yerdə olan nemətlərin ixtiyar sahibi qərar vermişdir. Onun üçün rifah vasitəsiləni hazır etmişdir. Canişin deyildikdə, insanın yer üzündə Allahın canişini olması nəzərdə tutulur. İmam Baqir (ə) buyurur: “Bu ayədə adı çəkilən darda qalan kəs Ali-Muhəmmədin (ə) Qaimidir (ə.f) ki, Allah onun duasını yerinə yetirər və çətinliklərini aradan aparar və onu yer üzünün xəlifəsi edər”. Rəhmətlik İmam (r) bu haqda yazır: “Yaxşı olar ki, Allah yolunun saliki suluk ayağını sındırsın. (Yəni, bu yolda əziyyət çəksin). Fəna olduğunu həmişə nəzərə alsın ki, inayət ola bilsin. Yüzillik yolu rübubiyyətin cazibəsi ilə bir gecədə başa vura bilsin. Batin dili ilə aciz və ehtiyaclı halda desin: “(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən!””. Bu mübarək ayədən çıxartdığımız nəticələr: 1. Dualar yerinə yetən zaman və müsibət aradan gedən zaman Allahın nişanələrinə diqqət etmək lazımdır. 2. Şirkin yaranmasının səbəblərindən biri – qəflət və nəsihətdən öyüd götürməməkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|