Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir
Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurur:
“Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.”[1] “Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.”[2] “Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.“[3] Həzrət İmam Sadiq (ə) buyurur: “İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.”[4] Oruc tutmağın ədəbi Həzrət Məhəmməd (s) buyurur: “Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.”[5] Həzrət İmam Əli (ə) buyurur: “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.”[6] Həzrət xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”[7] Məhəmməd ibn Muslim nəql edir. Həzrət İmam Sadiq (ə) buyurdu: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.”[8] www.ahliman.info [1] Məani-Əxbar, səh. 409, hədis91 [2] Əmali-Səduq, səh. 443, hədis2 [3] Dəaimul-İslam, c.1, səh. 283 [4] əl-Kafi, c.4, səh.63, hədis5 [5] əl-Firdovs, c.5, səh.242, hədis8075 [6] Biharul-Ənvar, c.96, səh. 294, hədis21 [7] Dəaimul-İslam, c.1, səh. 268 [8] əl-Kafi, c.4, səh. 87, hədis1 Oxşar xəbərlər
|