Allahın 99 adı və mənaları
Allahın 99 ismi və anlamı
1. ALLAH(c.c) - Cənabi haqqın özəl adıdır 2. RƏHMAN - dünyaya, hamıya rəhm edən, acıyan 3. RƏHİM - axirətdə möminlərə rəhmət edən 4. MƏLİK - mülkü davamlı olan 5. QUDDUS - hər eyb və qüsurlardan uzaq 6. SƏLAM - salamətlik verən 7. MUMİN - əmin-amanlıq verən 8. MUHEYMİN - həmişəlik hamıya himayəlik edən 9. ƏZİZ - məğlubiyyət bilməyən güclü və tək qalib 10. CƏBBAR - hər yerə hökm edən 11. MUTƏKƏBBİR - böyüklükdə bənzəri olmayan 12. XALİQ - yoxdan var edən 13. BARİ - hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan 14. MUSSAVİR - bütün varlıqlara surət verən 15. QAFFAR - günahları bağışlayan 16. QAHHAR - ən güclü, qalib və hakimdir 17. VAHHAB - əvəzsiz bağışlayan 18. RƏZZAQ - ruzi verən 19. FƏTTAH - rəhmət və ruzi qapılarını açan 20. ALİM - hər şeyi yaxşı bilən 21. QABİD - canları alan, sıxan, daraldan 22. BASİT - həyat verən, ruzi yağdıran, genişləndirən 23. HAFİD - alçaldan, yuxarıdan aşağı endirən 24. RAFİ - yüksəldən, yuxarıya qaldıran 25. MUİZZ - güclü, qalib, şərəfləndirən 26. MUZİL - zəlil edən, alçaldan 27. SƏMİ - hər şeyi yaxşı eşıdən 28. BASİR - hər şeyi çox yaxşı görən 29. HAKƏM - hökmü rədd edilməyən, haqqı yerinə yetirən 30. ƏDL - ədalətsizliyə yol verməyən, adil 31. LƏTİF - işlərin incəliklərini bilən 32. XABİR - hər şeydən xəbərdar 33. HALİM - günahları cəzalandırmağa səbr edən 34. AZİM - ağlı yüksək dərəcədə olan 35. QAFUR - çox bağışlayan 36. ŞƏKUR - yaxşı mükafatlandıran 37. ƏLİYY - çox uca, lap yüksək 38. KƏBİR - çox ulu, böyük 39. HAFİZ - qoruyan, mühafizə edən 40. MUKİT - geyindirən, bar, ruzi verən 41. HASİB - hamının ehtiyacının qədrini bilən 42. CƏLİL - yüksək, böyük, ulu 43. KƏRİM - çox comərd, kəraməti bol olan 44. RAQİB - bütün varlıqlara göz qoyan 45. MUCİB - duaları qəbul edən 46. VƏSİ - neməti bol olan 47. HAKİM - hikmət sahibi, hər işin öz yerini bilər 48. VƏDUD - sevən və sevilməyə layiq olan 49. MƏCİD - yüksək şan-şöhrət sahibi 50. BAİS - peyğəmbərlər göndərən, ölümdən sonra dirilən 51. ŞAHİD - gözündən heç bir şey qaçmayan 52. HAQQ - var olan, varlığı dəyişməyən 53. VƏKİL - hamının işlərini görən, mənfəətli edən 54. QAVİYY - çox güclü, zəifliyə uğramayan 55. MƏTİN - çox sağlam, sarsılmayan 56. VƏLLİY - yaxşı dostlarına yardımçı 57. HAMİD - hər yerdə bəyənilən 58. MUHSİ - hər şeyi qavrayan, yaratdığı hər şeyin sayın bilən 59. MUBDİ - hər şeyi heç bir maddəsiz yaradan 60. MUİD - ölümə və ölümdən sonra təkrar həyata qaytaran 61. MUHYİ - həyat verən, can bağışlayan 62. MUMİT - öldürən, can alan 63. HAYY - daima diri olan 64. QAYYUM - hər şeyi, yeri-göyü yaradan 65. VACİD - həmişə zəngin, niyyətinə çatan 66. MACİD - şan-şərəf sahibi 67. VAHİD - zatında, sifətində, işlərində tək olan 68. SAMƏD - ehtiyacsız 69. QADİR - qüdrətli, istədiyinə gücü çatan 70. MUKTƏDİR - iqtidarlı, hər şeyə qüdrəti çatan 71. MUKADDİM - qabaqcıl, istədiyini yeridən 72. MUAHHİR - istədiyini geri alan 73. ƏVVƏL - başlanğıcı olmayan, ilk övladı olmayan 74. AXİR - nəhayəti olmayan son 75. ZAHİR - varlığı günəş kimi açıq 76. BATİN - gizli olan, insanlar Onu tam bilməməlidir 77. VALİ - təkbaşına idarə edən 78. MUTƏALİ - uca, yüksək 79. BƏRR - yaxşılıq və xeyir verən 80. TƏVVAB - tövbələri qəbul edən, bağışlayan 81. MUNTƏQİM - günahları ədalətlə cəzalandıran 82. ƏFUVV - əfvi, bagışlanması bol olan 83. RAUF - mərhəmətli, şəfqəti bol olan 84. MALİKUL - mülk, mülkün yeganə və davamlı sahibi 85. ZUL- CƏLALİ və İKRAM - ululuq, kərəm sahibi 86. MUKSİT - ədalətli işlərində çaşmayan 87. CƏMİ - toplayan, birləşdirən 88. QANİYY - zəngin 89. MUQNİ - zənginlik verən 90. MANİ - bir şeyin olmasını istəməyəndə mane olan 91. DARR - zərərə uğradan 92. NAFİ - mənfəət verən, yararlı şeylər yaradan 93. NUR - işıq verən, nur yağdıran 94. HADİ - yol göstərən, yol açan 95. BƏDİ - nümunəsi olmayan, heyrətverici şeylər yaradan 96. BAQİ - davamlı olan, fani olmayan, sonsuz 97. VARİS - davam edən, sərvətlərin sahibi 98. RƏŞİD - mənfəət yollarını göstərən, doğru yolu olan 99. SƏBUR - çox səbirli olan Oxşar xəbərlər
|