Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq
Mьəllif: admin1
Tarix: 29-01-2024, 10:20
Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq
Bir gün Hz. Məhəmməd (s) belə bir sual verirlər: Ya Peyğembər! Deyin görək hansı məxluqlar və nələr anası və atası olmadan dünyaya gəlib? —

Peyğəmbər (s) bu suala belə cavab verdi:- Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq var.

Bunlardan birincisi Adəm Peyğəmbərdir… Allah Təala onu torpaqdan xəlq edərək xəmirini özü yoğurmuşdur. Yaratdığı cansız bədəninə ruh əta etmişdir.

İkinci ata və anası olmayan məxluq Həvvadır. Adəm Peyğəmbər tənhalıqdan sıxılır və Rəbbimiz ona bir yoldaş yaradır.

Cəbrayilə əmr edir ki, Adəmin artıq qalan torpağından həvvanı yaradır, ruh, nəfəs verərək onu Adəm əleyhisalama həyat yoldaşı olması qərarını verir.

Üçüncü Saleh Peyğəmbərin dəvəsidir. Saleh Peyğəmber öz xalqna şükür etməyi, bir olan Allaha ibadət etməyi təbliğ edərdi. Lakin qövmü bunun müqabilində Saleh Peyğəmbərdən bir möcüzə istəyirlər.

Onlar dedilər: — Bizə uzaqda görünən daşın içərisində bir dəvə cıxart və o dəvə boğaz olsun. bizim gözümüzün qarşısında dəvə doğsun…

Saleh Peyğəmbər Allahın qarşısında diz çöküb namaz qılır və Rəbbindən bu dinsizlərin istəyinin yerinə yetirilməsini diləyir. Uca Rəbbi Salehin duasını eşidir və hamının gözü qarşısında qayanın içərisindən boğaz dəvə çıxarır.

Dəvə hamının gözü qarşısında doğur. Lakin o, dinsizlər bunu Saleh Peyğəmbərin bir sehr elədiyini söyləyib Allaha qarşı çıxırlar.

Dördüncü İbrahim veə İsmayıl Peyğəmbərə endirilən qoçdur. Bu həmin qoçdur ki, dövrümüzə qədər bu hadisəni «Qurban bayramı» kimi qeyd edirik.

Beşinci ata və anası olmayan məxluq Musa Peyğəmbərin əsasıdır. Azğınlaşmış Firona qarşı Allah Təala Musanın əsasına can verdi və onu yetmiş ayaqlı əjdahaya döndərdi. O da sehirbazların düzəltdiklərinin hamısını uddu.

Altıncısı İsa Peyğəmbərin yaratdığı Yarasadır. İsa Peyğəmbərə iman gətirmirdilər.Bunun üçün ondan elə bir varlıq yaratmasını istəyirdilər ki, yalnız onu yaratdığı halda ona iman gətirəcəklərini iddia etmişdilər.

Yaratdığı məxluq elə olmalı idi ki, o qara gölden yaranmalı, tükü və lələyi olmayan, lakin quş kimi uça bilən, dişləri olan və insan kimi gülən eyni zamanda qadın təki aylıq halı keçirən bir varlıq olsun…

İsa Peyğəmbər (ə) bir ovuc palçıq götürüb, ona Allahın izniylə üfürür. O, Allaha dua edərək onların istədyi mexluqun yaranmasını dua edir.

Allah Təala öz Peyğəmbərlərinin heç birinin duasını cavabsız qoymur. Və bu sonuncu varlıq da yarasadır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031