Seyyid Əli Qazi Təbatəbai bazarlığı
Mьəllif: admin1
Tarix: Bu gün, 12:24
Seyyid Əli Qazi Təbatəbai bazarlığı
Nəcəf şəhərinin böyük alimlərindən biri də əxlaq sahəsində yüksək məqama çatan Seyyid Əli Qazi Təbatəbai idi.

O, Əllamə Təbatəbainin, Ayətullah Xoyinin və Ayətullah Behcətin müəllimi olmuşdur. Müasirləri xatırlayırlar ki, Seyyid Əli Qazi Təbatəbai bazarlığı özü şəxsən edərdi.

Nəcəf şəhərinin bazarına gedər, amma bəzən başqaları kimi yetişmiş və keyfiyyətli məhsulları deyil, heç kimin almadığı çürük meyvələri alardı.

Bir gün dostlarından biri bu hərəkətin səbəbini ondan soruşur. Alim cavab verir: "Mənim alver etdiyim adam çox dindar, amma həm də kasıb adamdır.

Ticarəti zəif getdiyi üçün malları çürüyür. Mən ona maddi kömək etmək üçün məhsulların içindən ən xarablarını seçib alıram. Ona köməklik kimi təmənnasız olaraq pul da verə bilərdim.

Amma əvvəla, bu zaman utanıb xəcalət çəkər, mənim yanımda minnətli olardı. İkincisi, istəmirəm ki, onu havayı pul almağa öyrədib tənbəlləşdirim. Ona görə bu yolla həmin adama yardım edirəm.
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930