Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
Mьəllif: admin1
Tarix: 31-03-2022, 09:47
Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur.

Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və heç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə nəhy əz münkər etməlidir.

Təqlid mərcelərinin bu suala cavabları:

Həzrət ayətullah-üzma Xamneyi (Allah hifz etsin)

Əgər oruc tutmaq o şəxsə vacibdirsə və üzrü olmadan orucu tərk edibsə, ona belə xidmət göstərmək düzgün deyil.

Həzrət ayətullah-üzma Məkarim Şirazi (Allah hifz etsin)

Ümumiyyətlə, əgər tərəfin şəri cəhətdən üzrü olarsa iradı yoxdur amma, üzürsüz orucu tərk edərsə, əvvəlcə onu xoş dillər bu işdən çəkindirməli və ona yemək və içməli şeylər hazırlamağı tərk etmək lazımdır.

Həzrət ayətullah-üzma Nuri Həmədani (Allah hifz etsin)

Əgər o şəxsin şəri cəhətdən orucun tərk olunmasında üzrü varsa, ona xidmət etməyin iradı yoxdur.

Mərcə təqlidləri ayətullar üzma Xamneyi, Məkarim Şirazi və Nuri Həmədanidən şəri sualları İslam Quest saytının əməkdaşları soruşublar.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930