Hz. Musanı (ə) Dişləyən Qarışqa
Hz. Musa (ə) kənd bə kənd, şəhər bə şəhər gəzib insanlara Allahın dinini öyrədərkən, bir gün yolu Allahın, cəza olaraq bütün camaatını yandırdığı bir kəndə düşdü və:
-"Ey Rəbbim! bu kənddə yaşayanlar arasında uşaqlar, günahsız kəslər və heyvanlar da vardı. Yalnız günahkarları cəzalandıra biləcək ikən, belə etməyib bütün kəndi cəzalandırmısan. Sən hər şeyi doğru bildiyin kimi edənsən və sənin işlərinə də bizim ağlıməz yetməz, buna olan inancım tamdır. Lakin mən maraqlandım; günahkarlarla birlikdə günahsız insanları nə üçün yandırdın?" deyərək, çox vaxt itirmədən, yoluna davam etdi. Bir müddət sonra həm bir şeylər yemək, həm də yol yorğunluğunu bir az olsun üzərindən atmaq üçün ağacın altına oturdu. Ağacın az kənarında böyük bir qarışqa yuvası vardı. Qarışqalar dayanmadan çalışırdı. Bu qarışqalardan bir dənəsi gəlib istirahət etməkdə olan Hz. Musanı (ə) dişlədi. Musa (ə) qarışqaya hirsləndi və yerdəki qurumuş odunlardan birini odla alovlandırdı, gəldi, bütün qarışqa yuvasını atəşə verdi. Bütün qarışqalar yanaraq öldü. Musa (ə) bildirən dini hökmlər arasında qarışqa yandırmaq günah deyildi. Bunun üzərin Allah belə səsləndi: -"Ey Musa! Səni yalnız bir tək qarışqa dişləmişkən, sən bütün qarışqa yuvasını atəşə verdin. Bir qarışqa üzündən böyük qarışqa yuvasını yandırıb yox etdin, eləmi?" Hz. Musa (ə.s.) səhvini başa düşüb dedi: -Günahkarlarla birlikdə olanlar, özləri günahsız olsalar dahi eyni cəzaya uğrayarlar. Ancaq Allah hesab günündə onları bir-birindən ayırar, hər birinə layiq olduğu yerə göndərər. Oxşar xəbərlər
|