İmam Məhdinin (ə) zamanında var-dövlət o qədər çox olacaq ki...
Cabir nəql edir: “Bir nəfər Əbu Cəfərin (ə) xidmətinə gəlmişdi və mən də orada idim.
Həmin şəxs dedi: “Allahın rəhməti sizə olsun, bu 500 dirhəm mənim malımın zəkatıdır. Məndən qəbul edib, istifadə edin”. Həzrət (ə) buyurdu: “Onu özün götür və qonşularına, yetimlərə və yoxsullara sərf et. İmamın əlinə zəkat o zaman verilər ki, bizim Qaim (ə.f) zühur edər. Həzrət də malı xəlq arasında bərabər şəkildə bölər, istər saleh insan olsun, istərsə də günahkar. Hər kim o Həzrətə itaət edər – Allaha itaət etmiş olar. Hər kim itaətsizlik və üsyan edər – Allaha itaətsizlik etmiş olar. O Həzrət ona görə “Məhdi” adlandırılmışdır ki, insanları gizli və aşkar məsələlərə hidayət edəcək. O Həzrət Tövratı və bütün səma kitablarını Antakiyada olan mağaradan çıxardacaq və Tövrat əhli arasında Tövrat, İncil əhli arasında İncil, Zəbur əhli arasında Zəbur, Furqan əhli arasında Furqanla hökm verəcəkdir. Bütün dünya nemətləri xidmətində toplaşacaqdır, torpağın qəlbində olandan tutmuş, üzərində olana qədər. Sonra insanlara buyuracaqdır: “Gəlin o şeyə tərəf ki, ona görə qohumluq əlaqəsini kəsmisiniz, qanlar tökmüsünüz, Allahın haramına düçar olmusunuz”. Sonra onlara o qədər mal əta edəcəkdir ki, ondan əvvəl heç kəs bu qədərini əta etməmişdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|