Rəcəb ayının ən mühüm əməli
Mьəllif: admin1
Tarix: 29-01-2023, 12:08
Rəcəb ayının ən mühüm əməli
İmam Sadiq (ə) buyurur: “Elə bir mömin yoxdur ki, gecə və gündüz 40 kəbirə günaha düçar olsun və sonra peşmanlıqla desin:

«استغفرالله الذى لا اله الا هو الحى القيوم بديع السموات و الارض ذالجلال و الاكرام و اسئله ان يتوب على

Məgər o halda ki, Allah o günahları bağışlayar”.

Şeyx Səduq deyir: “Əgər Rəcəb ayında 1000 dəfə bu zikri desəniz,

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ " (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm”)

Allah Təala buyurar: “”Əgər günahlarınızı bağışlamasam sizin Pərvərdigarınız deyiləm. Sizin Pərvərdigarınız deyiləm””.

Bu ayda istiğfar və tövbə etməyin xüsusi yeri vardır. Çünki Rəcəb ayı – paklanmaq ayıdır, Ramazan ayına hazırlıq ayıdır. İnsan gərək bu ayda günahlarından paklansın ki, İlahi ziyafət ayına pak və nurani halda daxil ola bilsin. Əgər bu ayın əməllərinə nəzər salsaq, görərik ki, tövsiyə olunan əməllərin əksər hissəsi istiğfar və tövbə etməkdir.

Belə ki, “Məfatih”də oxuyuruq: “Hər kim bu ayda

استغفر الله الذى لا اله الا هو وحده لا شريك له و اتوب اليه (“Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh””) zikrini 100 dəfə deyərsə, Allah günahlarını bağışlayar və əgər 400 dəfə deyərsə, şəhidin savabına çata bilər”.

Bəli, istiğfar günahın pis iyini insandan uzaqlaşdırar və onu Allaha yaxınlaşdırar. Həzrət Peyğəmbər (s) buyurur: “İstiğfarla özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”.

Günahkar insan pis iy verər və Qiyamət günü bu iyi aşkar olar. O kəslər ki, ətirlidirlər – həm özləri rahat olarlar, həm də ətrafında olanlar. Ona görə də yaxşı olar ki, günahın pis iyindən xilas olaq və bu mübarək aylarda istğfar edərək, özümüzü ətirləndirək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930