İmam Zaman ağa (ə.f) ayətullah Mərəşi-Nəcəfi barədə necə dua etdi?
Mьəllif: admin1
Tarix: 18-02-2022, 23:24
İmam Zaman ağa (ə.f) ayətullah Mərəşi-Nəcəfi barədə necə dua etdi?
Mərhum Ayətullah Mərəşi Nəcəfi nəql edir: “Samirrada sakin olan zaman gecələri hərəmdə qalırdım. Gecələrin birində ayaq səsi eşitdim və hərəmin qapısı bağlı idi və üzərində də qıfıl vardı. Mən bu səsdən ehtiyat etdim, çünki Əhli-Beytin (ə) düşmənləri məni izləyirdi və öldürmək istəyirdilər. Yanımda olan şam da sönmüşdü.

Anidən ürəkləri oxşayan bir səs eşitdim ki, salam verdi. Sonra mənim adımı çəkdi. Mən də salamın cavabını verdim və soruşdum ki, siz kimsiniz?

Dedi: Bəni-Əmamdan biriyəm.

Dedim: Axı qapı bağlı idi, haradan gəldiniz?

Dedi: Allahın hər şeyə qüdrəti vardır.

Soruşdum: Haralısınız?

Dedi: Hicaz.

Məndən soruşdu ki, buraya bu zamanda nə üçün gəlmisən? Dedim ki, hacətim üçün. Mənə camaat namazını, fiqhi, hədisləri, təfsiri mütaliə etməyi tövsiyə etdi.

Buyurdu ki, sileyi-rəhm edəm, müəllimin haqqını qoruyam, həmçinin “Nəhcul-bəlağə”ni və “Səhifeyi-Səccadiyyə”ni əzbərləməyi mənə tövsiyə etdi.

Ondan istədim ki, mənim barəmdə dua etsin. O, da əllərini yuxarı qaldırdı və bu cür dua etdi: “Allahım! Bu Seyyidi Muhəmməd (s) və onun alisinə xatir dinə xidmətdə müvəffəq et. Ona münacatın şirinliyini daddır, insanların qəlbində sevgisini qərar ver. Onu şərdən və şeytandan qoru, xüsusilə də həsəddən”. (Tebyan)

Sonra buyurdu: “Mənim yanımda Seyyidi-şühədanın (ə) türbəti vardır, əsil türbətdir ki, heç bir şeylə qarışmamışdır”. Sonra o türbətdən mənə bir qədərini kəramət etdi və həmin o bir qədərini yanımda gəzdirərdim.

Sonra mənə əqiq üzük bağışladı. Bu ikisinin böyük təsirlərini gördüm. Ondan sonra bu hicazlı kişi gözdən qeyb oldu”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930