Merac Hedisi
"Meraca getdiyim gecə bir dəstə adamların bədənlərinin alovlu daraqlarla darandığını müşahidə edəndə Cəbrayıldan (ə) soruşdum:
"Bunlar kimlərdir və hansı günaha mürtəkib olmuşlar?” Cəbrayıl (ə) dedi: "Bunlar haram yolla gedənlər– naməhrəm qadınlarla zina edənlərdir.” Başqa bir hədisdə Peyğəmbərin (s) vəfatından öncə söylədiyi xütbəsi qeyd olunmuşdur: "Allah-təala yəhudi, məsihi və ya müsəlman qadınla zina edən şəxs üçün cəhənnəm qapılarından üç yüz altmışını açar. Bu qapıların hər birindən çıxan ilanlar, əqrəblər və alov şölələri zinakar şəxsi qiyamət gününə qədər yandırıb yaxar.Qiyamət günündə camaat onun övrətinin kəskin iyindən əzab çəkərlər. Beləliklə də onlar hamının yanında rüsvay olarlar. Həzrət Əli (ə) buyurmuşdur: "Qimayət qopan zaman Allah-təalanın əmrilə külək əsməyə başlayacaq. Camaat küləyin gətirdiyi çox pis iyi hiss edəcəklər. Məhşər ayağına yığılanlar həmin üfunət iyindən əziyyət çəkəcəklər. Həmin vaxt Allah carçısı fəryad çəkib soruşacaq: "Ay camaat! Sizi narahat edən bu üfunət iyinin haradan gəldiyini bilən varmı? Camaat deyəcək: "Bu tövbəsiz dünyadan gedən zinakarların övrətlərinin iyidir. Sonra camaata deyəcəklər: "Ey qiyamət əhli! Allah-təala onları (zinakarları) lənətlədiyi kimi, siz də onları lənətləyin. Qiyamət əhli deyəcək: Allah, zinakarlara lənət etsin. Həzrət Əli (ə) buyurur: "Qiyamət günü Allahın əmrilə zinakar qəbirdən qalxanda dili lal, qulağı kar və gözü kor olacaqdır.” Həzrət Yaqub (ə) bu barədə oğlu Yusifə buyurmuşdur: "Ey oğul! Məbada sənə halal olmayan qadınla zina edəsən. Çünki bir quş belə zina etsə bədəninin tükü tökülər. Peyğəmbəri-əkrəm (s) naməhrəm qadınlarla əl tutub görüşmək barədə buyurmuşdur: "Əgər bir şəxs naməhrəm qadınla əl tutub görüşsə, qiyamət günü Allahın əmrilə qəbirdən qalxanda əl-ayağı zəncirlənmiş olacaq. Həmin şəxsi şeytanla birlikdə zəncirləyib, hər ikisini cəhənnəm oduna atacaqlar.” Həmçinin başqa bir hədisdə naməhrəm qadınlara baxmaq haqqında buyurur: "Naməhrəm qadınlara baxmaqdan doymayan şəxsin gözlərinə qiyamət günü dəmir mismarlar vuracaqlar. Həmin şəxs Allah-təala başqalarının əməl dəftərinə baxana qədər bu vəziyyətdə qalacaq. Sonra Allahın əmrilə onu üzüqoylu cəhənnəm oduna atacaqlar. İmam Rza (ə) buyurur: "Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir. İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar." İmam Baqir (ə) buyurur: Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük: "Məndən sonra zina aşkar olunacağına görə qəfil ölümlər çoxalar." İmam Sadiq (ə) buyurur: "Zina geniş yayılanda zəlzələlər baş verər." Oxşar xəbərlər
|