Qiz övladı
Mьəllif: admin1
Tarix: 25-07-2020, 08:44
Qiz övladı
Bir gün Məhəmməd Peyğəmbər (s) yol ilə gedərkən bir qadınla rastlaşır və ona gülümsəyir. Bundan narahat olan qadın evə gəlir. Həyat yoldaşına bunu danışır və bunun səbəbini öyrənməsini istəyir.

Bir az fikirləşdikdən sonra kişi Məhəmməd Peyğəmbərin (s) hüzuruna gəlir. Əhvalatı ona danışır və xanımının bundan bir az qorxduğunu bildirir.

Məhəmməd Peyğəmbər (s) isə cavabında deyir: sizin övladınız dünyaya gələcək və ananın bətnindəki uşaq mənə salam verdi, mən isə gülümsəyərək onun salamını aldım.

Sonda Məhəmməd Peyğəmbər (s) onların oğlan övladının dünyaya gələcəyini bildirir. Övladlarının dünyaya gələcək xəbərini eşidən kişi evə gəlir və əhvalatı xanımına danışır. Qadın da sevinir. Günorta namazı vaxtı qadın namazını qılır və dualarını edir.

Vaxt keçir və bu ailənin qız övladları dünyaya gəlir. Övladlarının dünyaya gəldiyinə sevinsələr də kişi onların qız övladının dünyaya gəlməsindən təəccüblənir və Məhəmməd Peyğəmbərin (s) hüzuruna gəlir və deyir: ey Rəsulum siz ki, hər şeyi bilən və hər şeydən xəbərdar olansınız. Mənə oğlan övladımın dünyaya gələcəyini demişdiniz amma mənim qız övladım oldu.

Məhəmməd Peyğəmbər (s): sizin xanımınız namaz qılarkən RƏBBİNDƏN sizin üçün sağlam və xeyirli övlad nəsib etməsini diləmişdi. ALLAHIM da onun bu diləyini qəbul etdi və sizin üçün xeyirlisi nədirsə onu da nəsib etdi.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031