İnsan günah edəndə, Allah ona bağışladığı neməti geri alar
Mьəllif: admin1
Tarix: 6-04-2017, 11:17
İnsan günah edəndə, Allah ona bağışladığı neməti geri alar
Günah elə bir bəladır ki, insanın ömür boyu etdiyi yaxşı əməllərini bir göz qırpımında yanıdırıb külə döndərər və İlahi rəhmətdən uzaqlaşmasına səbəb olar. Günahın biz aciz insanlara qoyduğu təsirləri tanıyaq.
1. Qəlbi daşlaşdırar. “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır”. (“Bəqərə” 7).
2. Nemətin aradan getməsi. İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə bağışladığı neməti geri qalmaz, məgər o halda ki, elə bir günah edər ki, ona görə nemətdən məhrum olmağa layiq olar”.
3. Günaha səbəb olan ölüm. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahlarına görə ölürlər, təbii əcəlləri ilə ölənlərdən daha çoxdurlar”.
4. Cəmiyyəti viran edər. «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim». Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». (“Nuh” 9-10).
5. İlahi ayələri inkar etmək. “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).
6. Saleh əməllərin aradan getməsi. «Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).
7. Axirət nemətlərindən məhrum olmaq. “Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur”. (“Qəsəs” 83).
8. İlahi nemətlərdən məhrum olmaq. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət naz və nemətin ağuşundan götürülməmişdir, məgər düçar olduğu günahlarına görə”.
9. Özünü unutmaq. “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın!”. (“Həşr” 19).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930