Alim və möminin nadanlıq anları
Höcətləşmək, yersiz mübahisə etmək nəfsani istəklərdən qaynaqlanır və insana ziyandan başqa bir şey gətirmir. Belə zamanda İnsan başqasının sözünə və ya əməlinə əsassız irad tutaraq, etiraz məqamına gəlib çatır. Qarşı tərəfə tənə vurmaq istəyir və onu təhqir edir. Özünün ondan üstün olmağını sübut etməyə çalışır.
Həzrət Peyğəmbər (s) buyurur: “Mübahisədən (höcətləşmək) uzaq olun. Bütlərə pərəstişdən sonra Allahın mənə qadağan etdirdiyi əməldir bu”. Əlbəttə mübahisəni müzakirə ilə qarışdırmaq olmaz. Müzakirə zamanı, hər iki tərəfdən birinin əqidəsinin düz olması təsdiq olunan zaman qarşı tərəf onu qəbul edər. Ancaq mübahisə zamanı hər iki tərəf öz fikrini sübut etməyə çalışar. Qarşı tərəfi öz rəyindən çəkindirmək istəyər. Beləlikdə bu danışığa inad, qəzəb və kin hakim kəsilər. İmam Sadiq (ə) buyurur: “Mömin sülh bağlayar və dava etməz”. Başqa yerdə buyurur: “Nadanlıq üç şeydədir: şiddətli davada, təkəbbür və Allaha cəhalətdədir”. Başqa bir hədisdə buyurur: “7 nəfər öz əməllərini məhv edərlər. Onların yeddincisi o kəsdir ki, daima öz qardaşı ilə dava və mübahisə edər”. Alimlər buyurur: “Başqaları ilə mübahisə etməkdən çəkinin. Çünki mübahisə alimin nadanlıq anlarıdır. Elə bir vəziyyətdir ki, şeytan onu günaha batırmaq istəyir”. Mübahisə qəlbi qaraldar və kin-küdurət toxumu səpər. Loğman oğluna buyurur: “Oğlum! alimlə mübahisə etmə ki, sənə düşmən olar”. Yersiz mübahisəni başladan, təhlükələr qarşısında qalar. Bu ziyanın ən azı odur ki, fikri gərgin olar və iztirab çəkər. Belə insanın bəzən namazda qəlbində belə, qarşı tərəflə mübahisəni davam etdirər. Ona görə də bu cür mübahisələrin sonu fəsada gətirib çıxardar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haqlı olmasına baxmayaraq, mübahisədən əl çəkərsə, onun üçün behiştdə ev inşa edilər”. Həzrət (s) başqa yerdə buyurur: “Üç şey vardır ki, hər kim onlarla Allahın görüşünə gedərsə, istədiyi qapıdan cənnətə daxil ola bilər: Gözəl əxlaqalı, Aşkarda və gizlində Allahdan qorxan., haqlı olsa belə davanı tərk edən. Oxşar xəbərlər
|