“Bəndələrdən yalnız alimlər Allahdan qorxar” ayəsinin açıqlaması nədir?
Mьəllif: admin1
Tarix: 6-04-2022, 12:58
“Bəndələrdən yalnız alimlər Allahdan qorxar” ayəsinin açıqlaması nədir?
Fatir surəsinin 28-ci ayəsində buyurulur:

“Bəndələrdən yalnız alimlər Allahdan qorxur. Həqiqətən Allah yenilməz və bağışlayandır”

Cavab: Ayədə gələn üləma alim sözünün cəm əlamətidir. Alim bilən deməkdir. Qeyd etmək lazımdır ki, burada gələn alim sözü alimlik peşəsi anlamında deyil.

Əgər belə olsaydı (əgər ayədə gələn alim alimlik peşəsi anlamında olsaydı) nəticə belə olardı ki, sürücülər, mühəndislər, qəssablar və sair kimi peşə sahibləri Allahdan qorxmur.

Buna əsasən bir çox müfəssirlər burada alim dedikdə peşəsindən asılı olmayaraq, xilqətin, yaradılışın dünyanın hikmətini bilən, Allahın insanlara verdiyi nemətləri görüb bunu bilən və bildiyindən dolayı şükr edən insanın nəzərdə tutulduğunu deyirlər.

Quran ayələrinə və hədislərə əsasən bilmək, insana qorxu (və ya xof və ya ehtiyatlı hərəkət etməyi) aşılayır.

İmam Əli buyurur: Qorxunun səbəbi elmdir.

İmam digər bir hədisdə buyurur: Kişinin elmi artdıqda ədəbi də çoxalır və rəbbinə olan xofu da artır. (Qurərul-hikəm, cild-3, səh-193)

Qeyd edilməsi vacib olan məsələlərdən biri də budur ki, digər insanlar və digər peşə sahibləri ilə müqayisədə ömrünü daha çox elmə hikmətə sərf etmiş insanlar yəni alimlərin (əməli olan alimlər) Allah xofu təbii ki daha çox olmalıdır.

Onlar dünya və axirətin yaradılışın hikməti haqda daha çox məlumatlıdırlar. Elə isə onlar daha çox və daha tez təqvaya (Allahdan qorxu) yiyələnə bilərlər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930