Dünyada ilk dəfə olaraq dağın içindən gəmi tuneli tikiləcək
İslaminSesi lenta.ru-ya istinadla xəbər verir ki, Norveç hakimiyyəti irihəcmli su gəmiləri üçün dünyada ilk dəfə olaraq dağların altında tunel tikmək niyyətindədir.
Bu barədə Norveç Sahil İdarəsindən (NCA) bidirilib. Tunel ölkənin qərbindəki Stad yarımadasının ən dar yerində qayanın içindən çəkiləcək. Qurğunun uzunluğu 1,6 kilometr, eni təqribən 36 metr təşkil edəcək. Tunel sayəsində sərnişin və yük gəmiləri yaxınlıqdakı Stadhevet dənizinin təhlükəsindən qurtula biləcəklər. Bu dənizdə il ərzində 45 gündən 106 günədək güclü fırtınalar baş verir. Norveç höküməti bu layihəyə 315 milyon dollar ayıracaqlar. Tunelin inşası 3-4 il çəkəcək. Bunun üçün 8 milyon ton dağ süxurunu partlatmaq lazım gələcək. Keçidin 2023-cü ilə açılması planlaşdırılır, onun vasitəsilə 16 min tona qədər olan gəmilər hərəkət edə biləcəklər. Oxşar xəbərlər
|