Təsbihati-ərbəənin sirri və mənası nədir?
İmam Həsən Müctəba (ə) buyurur: “Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və onların ən alim olanı Həzrətə (s) deyir: “Təsbihati ərbəənin təfsiri nədir?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: “Subhənallah”. Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır. Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir. “Əlhəmdulillah”. Bu İlahi həmd və sitayiş – ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi. “Lə iləhə illəllah”, yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır. “Allahu Əkbər” – ən üstün kəlam və Allah yanında onların ən sevimlisidir. Yəni, varlıq aləmində Allah Təaladan böyüyü yoxdur. Namaz düzgün olmaz, məgər onunla. Çünki namaz Allah üçün əziz və dəyərlidir və Allah adı da Əzz və Cəll Haqq üçün əziz və dəyərlidir”. Yəhudi deyir: “Ey Muhəmməd! Düz dedin, bəs bu kəlməni deyənin mükafatı nədir?”. Həzrət (s) buyurur: “O zaman ki, bəndə “Subhənallah” deyər, ərşin altında olan bütün varlıqlar onunla Allahı təsbih edərlər. Ona görə də Allah Təala onu deyənə on bərabər əcr və savab verər. O zaman ki, deyər: “Əlhəmdulillah”, Allah Təala axirət nemətlərinə birləşmiş dünya nemətlərini ona əta edər. Bu kəlmə o kəlmədir ki, nə zaman behişt əhli ora (behiştə) daxil olsa, dillərinə gətirərlər. İnsanın dünyada dediyi bütün kəlmələr qət və məhv olar, məgər “Əlhəmdulillah”dan başqa. “Lə iləhə illəllah”ın mükafatı behiştdir. Allah Təala bu məna haqqında Quranda buyurur: “Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir)”. (“Rəhman” 60). Həzrət (s) davam edir: “Məgər o kəs ki, deyər: “Lə iləhə illəllah”, behiştdən qeyrisi ola bilərmi? Yəhudi deyir: “Ya Muhəmməd (s)! Düz dedin””. /Deyerler.org/ Oxşar xəbərlər
|