İmam Əliyə (ə) beyət etməyən xəlifə oğlunun acı sonluğu
Mьəllif: admin1
Tarix: 10-04-2017, 12:41
İmam Əliyə (ə) beyət etməyən xəlifə oğlunun acı sonluğu
Abdullah ibni Ömər hicri qəməri tarixinin 74-cü ilində vəfat edib. O zaman onun 87 yaşı var idi. Abdullah ibni Ömər uzun ömürlü səhabələrdən biri, həm də İslam dünyasında mühüm tanınmış simalardandır. O, həm ravidir həm də siyasi fəaliyyətlə məşğul olan mühüm simalardan olub.

Abdullah bin Ömər həzrət Əli xəlifə olanda “hamı sənlə beyət etdikdən sonra sənlə beyət edəcəyəm” deyərək, o həzrətlə beyət etməkdən boyun qaçırmışdı. Həzrət Əli də onu bu işə məcbur etməmişdi və o, rahat şəkildə həyatını sürür, fəaliyyətini göstərirdi.

O, həzrət Əlidən sonra Müaviyə ilə beyət etdi. Lakin Əbdül-Məlikin zamanında hələ beyət etməmişdi.

Əbdül-Məlikin İraqdakı valisi Həccac bin Yusif Səqəfi idi. Həccac 55 yaşında ölməyinə baxmayaraq, bu müddət ərzində 70 min insanın qətlinə fərman vermişdi.

Əbdül-Məlikin beyətlə bağlı əmrindən sonra Abdullah bin Ömər Həccacın yanında gəldi və dedi ki, qoca adam olduğuna görə Əbdül-Məliklə beyət etmək üçün Şama gedə bilmir. Bunun üçün əgər mümkünsə onun İraqdakı valisi olan Həccala beyət etsin.

Abdullah ibni Ömər dedi: ...Çünki mən Peyğəmbərdən eşitdim ki dedi: “Zamanının İmamını tanımamış ölən şəxs, cahil ölmüş kimidir”

Bunu eşidən Həccac Ömərin oğluna deyir: Bəs belə bir hədisi eşitmisənsə niyə Əli ibni Əbu-Taliblə beyət etmədin!? Gördüyün kimi əlimdə məktub var onlara baxıram, beyyət etmək üçün əlimi verə bilmərəm. Beyət etmək istəyirsənsə ayağımla beyət edə bilərsən.

Bu zaman Abdullah əyildi və əlini 70 min insanın qətlinə fərman vermiş Həccacın ayağına sürtdü və bu şəkildə beyət etdi. (İbni Əbil-Hədid, Şərhi Nəhcul-Bəlağə, cild-13 səh-242)

Məşhur sünni alimi Şəmsuddin Zəhəbi yazır ki, Abdullah bin Ömər sonralar Əli ilə beyət etmədiyinə görə peşman olmuşdu və deyirdi: Hər nə pis iş gördümsə onu sonra düzəldə bildim(Əli ilə beyətdən başqa), amma təcavüzkarlarla döyüşdə Əlinin yanında olmadım”
(Siyər Əlam ən-Nubəla, cild-2, səh-231)



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031