Rəcəb ayının gecələrində insanlara nida edən mələk
Allah asimanın yeddinci qatında bir mələk yerləşdirib ki onun adı Daidir (Nidaçı). Rəcəb ayı daxil olduqda ayın hər gecəsində o insanlara belə nida edər;
Seyyid ibni-Tavus İqabul-Əmal əsərində rəcəb ayının fəziləti haqda belə bir hədisi nəql edir: “Allahın Elçisi Məhəmməd Peyğəmbər (s) buyurur: Allah asimanın yeddinci qatında bir mələk yerləşdirib ki onun adı Daidir (Nidaçı). Rəcəb ayı daxil olduqda ayın hər gecəsində o nida edib deyər: Xoş olsun zikr edənlərin halına!, xoş itaətkarların halına! Allah buyurur ki, Mənlə həmnişin olanla mən də həmnişin olaram, mənə istiğfar edənin günahını bağışlayar, mənə itaət edənin istəyini qəbul edərəm. Bu mənim ayım, bəndə də mənim bəndəm, rəhmət də mənim rəhmətimdir. Məni bu ayda çağırana cavab verrəm. Məndən istəyənə əta edər, hidayət istəyənə isə yol göstərrəm. Mən bu ayı özümlə bəndələrim arasında bir ip kimi qərar vermişəm, ondan yapışan mənə çatar”. (İslaminSesi.info) Oxşar xəbərlər
|