Böyük günahlar
1. Allahın rəhmətindən məyus olmaq
2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək 3. Allahın və Peyğəmbərin (s) adından yalan demək 4. Nahaqdan bir adamı öldürmək 5. Ata və ananın üzünə ağ olmaq 6. Zülm etməklə bir yetimin malın mənimsəmək 7. İsmətli bir qadına zina ittihamını vurmaq 8. Düşmənlə mübarizə meydanından qaçmaq 9. Yaxın qohumlarla əlaqəni kəsmək 10. Sehr və cadu etmək 11. Zina (qadınla kəbinsiz cinsi əlaqədə olmaq) 12. Həmcinsbazlıq (kişinin kişi ilə, qadının qadınla cinsi əlaqədə olması) 13. Oğurluq 14. Yalannan and içmək 15. Şəhadət verməyin vacib olduğu yerdə, boyun qaçırmaq 16. Yalannan məhkəmədə danışmaq 17. Əhdə vəfa qılmamaq 18. Ölünün vəsiyyətinə əməl etməmək 19. Şərab içmək 20. Faiz-sələmə pul vermək 21. Haram mal yemək 22. Qumarbazlıq 23. Ölən heyvan ətini yemək 24. Donuz əti yemək 25. Şəriət qanunları ilə kəsilməmiş heyvan ətini yemək 26. Müştərini tərəzidə aldatmaq 27. Dinini qorumaqda fəhlükə ilə üzləşəcəyi bir yerə köçmək 28. Zalıma kömək etmək 29. Zalım bir şəxsə arxalanmaq 30. Başqalarının haqqını bilərəkdən və üzürlü səbəb olmadan özündə saxlamaq 31. Yalan danışmaq 32. Özünü başqalarından böyük saymaq 33. İsraf etmək 34. Xəyanət etmək 35. Başqalarının qeybətini etmək 36. Söz gəzdirmək-ara vurmaq 37. Faydasız işlərlə məşğul olmaq 38. "Həcc" fərizəsini yüngül saymaq 39. Namazı tərk etmək 40. Zəkat verməmək 41. Günahı yenidən təkrarlamaq. (ehliwie-samux.com) Oxşar xəbərlər
|