Sünni aliminin min dəfədən artıq oxuduğu Nəhcül-bəlağə xütbəsi
Mьəllif: admin1
Tarix: 11-04-2017, 21:37
Sünni aliminin min dəfədən artıq oxuduğu Nəhcül-bəlağə xütbəsi
Sünni alimlərinin içində Nəhcül-Bəlağə ilə daha yaxından mənus olan alim İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədənidir. O əqidədə mötəzili, fiqhdə isə şafeidir.

Əl-Xavanəsəri “Ravdatul-Cənnət” əsərində (5/20-21) Hibətullah İbni Əbil-Hədid (1190-1258) haqqında deyir:

"Nəhcul-Bələğə" kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni Əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərhi Nəhcil-Bəlağə) onun dindəki uca məqamına dəlalət edir... "

İbni Əbil-Hədidin Nəhcül-Bəlağə ilə bağlı yazdığı şərh hazırda islam dünyasının inkaredilməz və dəqiq faktlarını ortaya qoyan ən mühüm tarix kitablarından sayılır.

Bu alim İmam Əlinin kəlamlarının toplandığı Nəhcül-Bəlağə haqda misilsiz vəsflər deyib. Lakin o Nəhcül-Bəlağənin 221-ci xütbəsini ən azı min dəfə oxuduğunu etiraf edib.

Qeyd edək ki, Nəhcül-Bəlağənin 221-ci xütbəsində İmam Əlinin “əl-Hakumut-Təkasur” surəsini təfsir etməsi yer alıb.

İbni-Əbil-Hədid deyir ki mən bunu hər dəfə oxuyanda onun heybətindən titrəyərdim.

İmamın kəlamının ülviliyini göstərən məqamlardan biri də Nəhcül-Bəlağə xütbələrinin xristian alimləri tərəfindən rəğbətlə oxunmasıdır. İmam Əlinin Nəhcul-Bəlağəsini 200 dəfə oxuyub doymayan alimi yəni Corc Cordaqı və onun İmam haqda yazdığı “Soutul-Ədalətil-İnsaniyyə” əsərini misal gətirmək olar. Corc Səman Cordaq 1931-ci ildə dünyay gəlib və 2014-cü ilin noyabrında dünyadan köçüb. Corc Cordaqın özü deyirdi ki, bir gün konfransların birində müsəlman dostlarından biri ona bir kitab hədiyyə etdi və dedi ki, bu kitab imamlarımızdan birinin yazılarıdır. Corc deyir ki, ondan soruşdum ki, bu kitab hansı zamana aiddir? Müsəlman dostu dedi ki, 1400 il bundan öncə yazılmışdır. Corc öz-özünə dedi ki, 1400 il bundan öncəki mətləblər mənim hansı dərdimə dəyər?! Amma xətir-hörmət naminə və gülərüzlə bu hədiyyəni qəbul etdi və evə apardı. Bir gün hövsələsiz Nəhcül-Bəlağə kitabını vərəqlədi, gözucu kitabın mətləblərinə baxırdı. Birdən bir məsələ oxuyur ki, diqqətini cəlb edir. Orada qeyd edilmişdi ki, aləmin bütün kainat və varlıqlarının ilkin maddəsi sudandır. Corc buna əhəmiyyət vermədi, kitabı kənara qoydu və daha onun üzünü açmadı.

O vaxta qədər ki, bir il sonra bir beynəlxalq konfransda iştirak etdi. Orada alimlər öz yeni elmi kəşfləri barədə danışırdılar. Alimlərdən biri öz elmi məqaləsində belə bir nöqtəyə işarə etdi ki, elmi tədqiqatlar bunu göstərir ki, bütün varlıqları formalaşdıran maddə sudur. Corc Cordaq bu mətləbi eşitcək yadına Nəhcül-Bəlağədəki həmin cümlə düşür. Sonra dərhal o kitabın arxasınca yollanır və həmin mətləbi oxumağa başlayır. O həm də təəssüf edirdi ki, bu kitabın əhəmiyyətindən nə qədər qəflətdə olmuşdu. O, hər dəfə bu kitabı oxuyanda yeni məsələlər, üfüqlər və məlumatlarla qarşılaşırdı. Beləcə, Corc Cordaq ömrünün sonuna qədər Nəhcül-Bəlağəni 200 dəfə oxumağa müvəffəq oldu.

Xristian Corc Cordaqın kitabının arxasında belə yazılmışdır: Ey Əli, əgər desəm ki, sən Məsihdən ucasan, bunu dinim qəbul etməz!
Əgər desəm ki, o səndən ucadır, onda da vicdanım qəbul etməyəcəkdir.
Deyə bilmərəm ki, sən Allahsan.
Elə isə sən bizə de, ya Əli, sən kimsən?!

Onun həzrət Əli barədə yazdığı 5 cildli kitabı “Soutul-Ədalətil-İnsaniyyə” İnsan Ədalətinin Sədası adlanır.

Bir dəfə o telekanalların birinə verdiyi müsahibədə deyib:
“Körfəz ölkələrinə və Misirə səfərim zamanı hey məndən Ömər bin Xəttab və digərləri haqda yazmağı istəyirdilər. Amma mən qəbul etmədim. Buna görə yox ki, Ömər bin Xəttab və digərlərini pis bilirdim. Bu ona görə idi ki Əlidən sonra başqa bir şəxs haqda yazmağı layiq görmədim. Qərar qəbul etdim ki Əlidən qeyri haqda yazmayam. Əlinin inqilabı insanın, mədəniyyətin və fikrin inqilabıdır. Əlinin zamanında fasiqlik, qətl, insan qaçaqçılığı və quldarlıq və ölüm bir tərəfdən digər tərəfdən isə din, rəhmət ədalət, insaniyyət, azadlıq cəbhəsi arasında böyük fasilələr var idi. Mənin vəzifəm bu oldu ki, Əlinin cəbhəsi barədə ki ən xalis cəbhədir yazım və tədqiqat aparım. Bu cəbhə yolumu mənə göstərdi və onu işıqlandırdı." (İslaminSesi.info)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031