Bu surənin oxuyanın bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər
“Ləyl” surəsi Quranın 92-ci surəsidir, Məkkədə nazil olmuşdur və 21 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ləyl” surəsini oxuyar, Allah ona o qədər nemət əta edər ki, razı qalar. Ona çətinlikdən salamatlıq verər və işlərini asan edər”. İmam Sadiq (ə) buyurur: “Hər kim “Ləyl” surəsini gecə və ya gündüz oxuyarsa, bütün bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər. Allah onların şəhadətini qəbul edər və behiştə yollayar”. Bu surənin bərəkətləri. 1. Pis yuxunun qarşısını alar. Hər kim yatan zaman “Ləyl” surəsini 11 dəfə oxuyarsa, yuxuda xeyirdən savayı başqasını görməz. Hər kim işa namazında onu oxuyarsa, o kəs kimi olar ki, Quranın dördə birini oxumuşdur. Namazı Allah tərəfindən qəbul olar. 2. Qızdırmanı müalicə etməyə kömək edər. Hər kimin qızdırması olarsa, “Ləyl” surəsini yazsın və yusun və onu içsin – şəfa verəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|