Peyğəmbərin (s) tövsiyə etdiyi Etikafın hikməti və mənası
Etikaf lüğətdə bir yerdə gözləmək, dayanmaq, özünü oraya həbs etmək kimi mənalara gəlir.
Dini termin olaraq etikaf, niyyət edərək məsciddə və məscid hökmündə olan bir məkanda bir müddət qalmaq və ibadətlə məşğul olmaqdır. Quranda etikaf haqqında belə buyurulur: “Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin.” Digər ayədə buyurulur: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətlə olanlar (etikafda olanlar), rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!” Hədis mənblərində isə, Allah Rəsulunun (s) Mədinəyə hicrətdən sonra hər il Ramazanın son on günündə etikafa çəkildiyi və xanımlarını da buna təşviq etdiyi haqqında məlumatlar vardır. İmam Əli (ə) buyurur: Rəsullah (s) belə buyurdu: “Hər kim Ramazan ayında on gün etikafa girərsə iki həcc və ümrə etmiş kimi savab qazanar.” Bəs Etikafdan məqsəd nədir? Hədislərə görə etikaf əməli, tövbə, münacat üçün fürsət olmaqla yanaşı həm də xəstəliklərin dərmanıdır. Bu əməl əsil ləzzət olan mənəvi haldan bəhrələnmək və onu dadmaqla yanaşı həm də insanın özünü hesab-kitaba çəkməyi üçün bir fürsətdir. Kənzul-Ummal əsərində bu əməl haqda buyurulur: “Etikaf əməli günahları dayandırar. Onu yerinə yetirən bütün yaxşılıqları edən şəxs kimi hesab edilir” Oxşar xəbərlər
|