Həzrət Zeynəbin (s.ə) Yezidin sarayında təfsir etdiyi ayə
Mьəllif: admin1
Tarix: 27-02-2021, 10:00
Həzrət Zeynəbin (s.ə) Yezidin sarayında təfsir etdiyi ayə
Həzrət Zeynəb Xanım Yezidin sarayında elə bir ayəni təfsir etdi ki, o ayə hazırda bütün zülm dünyasının şiəyə və Əhli-beyt ardıcıllarına hücum etdiyi ana təsadüf etməsini ortaya qoyur.

Bu ayə hazırki zamanda dünyanın müxtəlif bölgələrində Əhli-byet tərəfdarlarına və onların ömrünə və əmlakına qarşı təcavüzləri hekayət edəndir.

Həzrət Zeynəb Yezidin sarayında olarkən dediyi xütbəsindən bir parçası belədir:

“Həmd və səna dünyaların pərvərdigarı olan Allaha məxsusdur. Allahın salamı olsun elçisinə və onun pak ailəsinə! Allah doğru buyurmuşdur: “Pis iş görənlərin aqibəti sonda bu oldu ki Allahın ayələrini təkzib etdilər və onu istehzaya götürdülər”.

Ey Yezid indi ki sən göyü və yeri bizim üçün darısqal etdiyini düşünürsən, əsir kimi bizi bu tərəf o tərəfə çəkib, aparırsan, fikirləşirsən ki Allahın yanında xar olmuşuq?!

Sən də düşünürsən ki Allah yanında izzətli və əziz olmusan?! Sən düşünürsən ki, bu sənin Allah yanında olan yerindir?! Sən buna görə qururlandın və özünə güvəndin.

Şadlandın və xürrəm oldun. Gördün ki dünya sənin kəməndində, işlərin yerli-yerindədir və bizim xilafət və mülkümüz də sənin nəzarətindədir! Biraz asta ol! Sən Allahın sözünü yaddan çıxarmısanmı?

“Kafir olub tüğyan edənlər təsəvvür etməsinlər ki onlara möhlət verərik və bu da onların xeyrinə olacaq. Biz onlara möhlət verərik ki,günahlarını artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırdır.”


Həzrət Zeynəbi-Kübranın o zaman gətirdiyi ayələr elə indinin özündə də baş verən zülmləri, zalımalara verilən möhlət və İstimhal sünnətini əks etdirir.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031