Qəbir evi günə 5 dəfə insana çağırış edib, deyər...
Allahın Elçisi Məhəmməd Peyğəmbər (s) buyurub:
“Qəbr evi hər gün 5 dəfə insana nida edib, deyər: Mən kasıbçılıq eviyəm özünüzlə xəzinə gətirin! Mən qorxu eviyəm, özünüzlə ünsiyyət üçün birini gətirin! Mən ilanlar və əqrəblər eviyəm, zəhərə qarşı dərman gətirin! Mən qaranlıqlar və zülmət eviyəm özünüzlə nur və işıq gətirin! Mən qumlar və torpaqlar eviyəm özünüzlə xalı gətirin! Soruşdular ya Peyğəmbər onlar nədir? Buyurdu: Xəzinə La İlahə illəllah zikridir. Ünsiyyət vasitəsi Quran tilavətidir. Zəhərə qarşı dərman sədəqələrdir. İşıq həmin gecə qılınan namazdır. Xalı isə xeyir əməldir." (İslaminSesi.info) Oxşar xəbərlər
|