Möminin bəlaları – onun bu dünyadakı günahlarının kəffarəsidir
Məfzəl nəql edir: “Həzrət Əbu Abdullah (ə) buyurmuşdur: “Ey Məfzəl! Günahlardan çəkin və bizim davamçılarımızı da ondan çəkindir. Allaha and olsun ki, günah sizə yaxın olduğu kimi, heç kəsə yaxın deyildir.
Əgər sultan və ya validən sizə bir əziyyət dəyərsə, mütləq düçar olduğunuz günaha görədir. Əgər sizlərdən birinizə xəstəlik üz verərsə, mütləq düçar olduğunuz günaha görədir. Əgər ruzi həbs olunarsa, onun etdiyi günahlara görədir. Həmçinin əgər ölən zaman can vermək onun üçün çətin olarsa, yerinə yetirdiyi günahlara görədir. Orada olanlar deyərlər: “Ölümü çatdığı üçün halı pisləşmişdir””. İmamın (ə) bu sözlərindən qəm məni bürüdü və İmam (ə) mənim halımı görən zaman buyurdu: “Ey Məfzəl! Bilirsənmi ki, niyə belədir?”. Dedim: “Qurbanın olum, bilmirəm”. Buyurdu: “Allaha and olsun ki, siz günahlara görə axirətdə cəzalanmayacaqsınız, dünyada giriftar olduqlarınız bəlalar – günahlarınızın kəffarəsidir”. /Deyerler.org/ Oxşar xəbərlər
|