İnsanlar bunu etsəydilər quşlar tək ruzidən bəhrələnərdilər
Mьəllif: admin1
Tarix: 17-05-2019, 12:13
İnsanlar bunu etsəydilər quşlar tək ruzidən bəhrələnərdilər
Peyğəmbər (s) Cəbraildən təvəkkül sözünün izahını soruşdu. Cəbrail (ə) dedi:

“Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ”

Həsən ibn Cəhm adlı bir şəxs deyir:

İmam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.”

Buna görədir ki, Allahın Elçisi Məhəmməd Peyğəmbər təvəkkül və onun ruzi qazanmağa verdiyi təsiri açıqlayır:

“Əgər siz insanlar lazım olduğu kimi Allaha təvəkkül etsəydiniz, quşlara ruzi verilən kimi ruzi əldə edərdiniz. Səhərlər oyananda ac olduğunuzu axşamlar yatanda isə tox olduğunuzu görərdiniz" (Biharul-Ənvar, cild-71, səh-151)



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031