Hikmətli sözlər
İmam Riza (ə) buyurur: "Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!” İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.” İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.” İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!” İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.” İmam Təqi (ə) buyurur: Hər kim üç şeyə diqqət etsə peşman olamz: tələskənlikdən uzaq olmaq, məsələhətləşmək, bir iş görmək istədikdə Allaha təvəkkül etmək. İmam Təqi (ə) buyurur: Üç şey insanı Allahın razılığına çatdırar: Çox istiğfar etmək, mülayimlik, çox sədəqə vermək. İmam Təqi (ə) buyurur: Şərr insanla dost və yoldaşlıq etməkdən çəkin, çünki o çılpaq qılınc kimidir, zahiri gözəl, əsəri isə çox pisdir. Oxşar xəbərlər
|