Əshabi-yəminin nişanələri və aqibəti
Qurani-Kərim, əshabi-yəmini Qiyamət günü tanıdacağı üç dəstədən biri kimi nişan verir.
Qurani-Kərim, əshabi-yəmini Qiyamət günü tanıdacağı üç dəstədən biri kimi nişan verir. Bu 3 dəstə bunlardır: sabiqun, əshabi-yəmin və əshabi-şimal. “(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.) (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.) (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!”. (“Vaqiə” 8-10). Quranın bu ayədə ilk dəstə kimi adlandırdığı insanlar - əshabi-əmindir, yəni sağ tərəf əhli. Bu, o kəslərdir ki, dünyada imanlı və saleh əməl görərək yaşayıblar. Qiyamət günü əməl dəftərini sağ əlllərinə verəcəklər. “Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?! (O) Bir qul azad etməkdir. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir – qohum olan bir yetimə, və ya yerə sərilmiş bir miskinə! Bunlardan əlavə, iman gətirən və bir-birinə səbir, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır. Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir)”. (“Bələd” 11-18). Bəs Allah Təala niyə bu insanları əshabi-yəmin adlandırır? Bununla bağlı üç nəzər vardır: 1. Bu insanlar xeyir (yumən) əhlidirlər. Həyat yolları da ona tərəfdir. Axirətdə də nura və bərəkətə qərq olarlar. 2. Aləmin iki tərəfi vardır. Bir tərəfi sağ tərəfdir ki, orada ali mələkut aləmi və insanların yaxşılıqlarını yazan mələklər aiddir. Sol tərəf isə alçaqdır və sol tərəf səhabələrinin sakin olduğu yerdir. Əshabi-yəmin ali mələkutda olduğuna görə, belə adlandırırlar. 3. Çünki bu insanlar əməl dəftərlərini sağ əlləri ilə alacaqlar. Bəs Əshabi-yəminin nişanələri nədir? Sağ tərəf əhli o kəslərdir ki, dünyada qulları azad etmək üçün səy edərlər. Onlar şeytanın qul etdiklərini azad edər, tövbə yoluna hidayət edərlər. Onlar acları doyuzdurarlar. Yetimləri və yoxsulları ön plana çəkərlər. Bunlar o möminlərdir ki, bir-birini dini vəzifələrinə əməl etməyə dəvət edər və yoxsullara rəhm edərlər. Dini məsələdə onların iradəsi polad kimidir. Bu insanlar dünyada ifrat və təfritdən çəkinərlər. Mötədil insanlardır. Həzrət Peyğəmbərə (s) və Əhli-beytə (ə) itaət edərlər. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, əshabi-yəmin bizim davamçılarımızdır”. İmam Kazım (ə) Əmirəl-möminini (ə) əshabi-yəmin kimi tanıtmışdı. Əshabi yəminin taleyi. Bu insanlar can verən zaman səadət əhlindən olar. Mələklərin və möminlərin salamı ilə qarşılaşar. İbn Abbas bu ayənin təfsirində buyurmuşdur: ““O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər”. (“Nəhl” 32). Bu salam əshabi yəminə aid salamdır”. Təbərsi deyir: “Əshabi-yəmin can verən zaman qarşılama mələklərinin rəftarı elədir ki, Peyğəmbər (s) sevinər”. Həzrət Peyğəmbərə (s) sual verirlər ki, nə iş görək ki, əshabi-yəmin kimi hesabımız asan olsun? Həzrət (s) buyurur: “Sizi məhrum edənə bəxşiş vermək, sizinlə rabitəni kəsənlə rabitə qurmaq, sizə zülm edənə güzəşt etməklə”. Həzrət Peyğəmbər (s) buyurur: “Əshabi-yəmin əz əməllərinin girovu deyildirlər. Mömin övladlarıdır. Çünki Allah atalarına minnət qoymuş, onlara göz yummuşdur”. “Vaqiə” surəsində əshabi-yəmin ən gözəl şəkildə təsvir edilmişdir. Surənin davamında onların bəhrəndiyi behişt nemətlərinin adı çəkilmişdir: Sidr ağacının kölgəsində əyləşərlər ki, tikanları yoxdur və ya meyvəsinin çoxluğuna görə tikanları görünmür. Uzun kölgədə olurlar və heç bir zaman günəşi görmürlər. Hədislər buyurur ki, bu kölgənin uzunluğu o qədər böyükdür ki, 100 il yol getsən, bitməz. Başqa bir hədisdə oxuyuruq ki, behişt həmişə yayın əvvəl günləri kimi olur - nə soyuq və nə də isti. Yollarının üstündə olan sulardan və şəlalərdən faydalanarlar. Müxtəlif meyvələrdən yeyərlər. Behişt qadınları həm mənəvi və həm də zahiri cəhətdən gözəldirlər və onlar heç qocalmırlar. Onlar öz həyat yoldaşlarına həmişə aşiq olarlar. Oxşar xəbərlər
|