İmam Əlinin (ə) zəlzələni sakitləşdirdiyi an
Birahul-Ənvar əsərində (cild-11, səh-71 və İləluş-Şəraye cild-2, səh-556) İmam Əlinin zəlzələni sakitləşdirməsi haqda gələn hədisi təqdim edirik:
“Həzrət Fatimə (s.ə) buyurur: Əbu-Bəkrin zamanında zəlzələ baş verdi. Camaat qorxaraq Əbu-Bəkr və Ömərə sarı gedirdilər. Camaat gördü ki onlar da gərgin halda Əlinin sorağına gedirlər. Camaat onları təqib edib, Əlinin qapısına qədər gəldilər. Əli çıxdı, camaatda olan o qorxu onda yox idi. Əli onlardan keçib bir təpənin üzərində oturdu. Camaat da onu təqib edirdi. Onlar Əlinin ətrafında oturub şəhərin titrəməkdə olan və get-gəldə olan divarlarına baxırdılar. Əli onlara dedi: Görürəm ki siz gördüyünüz şeylərə görə qorxmusunuz. Onlar dedilər: Necə qorxmayaq belə şey indi qədər görməmişik. Əli dodaqlarını tərpətti və əlini yerə vurub dedi: Sənə nə olub?, sakit ol! Yerin titrəyişi dayandı. Camaat təəccübdə idilər. Əli onlara dedi: Mənim bu işimə görə təəccüb etdiniz?! Dedilər: Bəli Əli buyurdu: Mən həmin şəxsəm ki Mütəal Allah barəsində Quranda deyibdir: “Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan (təəccüblə): 'Buna (bu yerə) nə olub?' – deyəcəyi zaman”, İmam Əli dedi: Camaat bilin ki mən həmin insanam ki yer onun haqqında xəbər verəcək; “Məhz o gün (yer) öz xəbərlərini söyləyəcəkdir”” (Zilzal 1-4) (İslaminSesi.info) Oxşar xəbərlər
|