Rahat və çətin ölümlərin hikməti
Mьəllif: admin1
Tarix: 12-02-2023, 22:10
Rahat və çətin ölümlərin hikməti
İmam Həsən Əsəgəri (ə) babalarından nəql edir ki İmam Sadiqə (ə) dedilər: Ölümü bizim üçün izah et!

İmam buyurdu: O mömin üçün ən gözəl iyli bir gül kimidir. Mömin onu iyləyər və onun xoş ətrindən haldan gedər, bu zaman onun yorğunluğu və ağrısı dayanar. Amma kafir üçün gürzə ilanın və ya əqrəbin sancması kimi hətta ondan da pisdir.

Yenə soruşdular və dedilər: Bəs bəziləri deyir ki ölüm qayçı və mişarla tikə tikə edilməkdən, daşla döyülməkdən və ya göz bəbəyinin dəyirman daşları arasında qalmasından daha pisdir. (Sizin fikriniz necədir?)

İmam buyurdu: Ölüm bəzi kafirlər və facirlər üçün belədir. Onlardan bəzilərinin belə çətinlikləri çəkdiyini görməmisiniz?! Onlar üçün bundan daha şiddətlisi isə axirət əzabıdır.

Yenə soruşdular: Niyə bəzən bir qism kafirlərin rahat, gülərək və danışıqraq can verdiyini görür, eyni zamanda bəzi möminlərin və eləcə də kafirlərin ehtizar zamanı çətinliklər çəkdiyini görürük?

İmam buyurdu: Bu zaman bəzi möminlərin rahatlıq çəkməsi tez gələn savabın gözstəricisidir. Amma bu zaman bəzi çətinliklər çəkməsi günahdan təmizlənməsi üçündür.

Təmizlənsin ki axirətə maneəsiz girsin və əbədi savabı almağa layiq olsun. Ölüm zamanı bəzi kafirlərin rahatlığı, etdikləri yaxşlığını elə bu dünyada tam-kamal şəkildə əldə etmələri üçündür və qoy axirətdə əzabdan başqa bir şey görməsinlər. (Ölüm anında) bəzilərinin çəkdiyi çətinliklər isə veriləcək əzablarının başlaması anlamındadır. Allah ədalətlidir, zülm etməz.

(Uyun Əxbarur-Riza, cild-1, səh-275)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031