Yalnız qələbə ilə sağalan mənəvi xəstəlik
Kin xislətlərin ən rəzili və ən alçağıdır. Kin-küdürət insanın mənəviiiyatı ilə onun maddiyyatını da bitirə bilər. O qəzəbin əsas amillərindən biri olmaqla yanaşı həm də paxıl və həsud insanları həkətətə keçməyə vadar edəndir.
Kinli olmaq böyük dərd, öldürücü xəstəlik, müalicə edilməyəcəyi təqdirdə hətta sirayət edən və keçici də ola bilər. Kinlə həsəd pisliyi göstərən əsas xislətdir. Bəzən həsəd kin gətirər bəzən də kin həsədi gətirər. Onlar demək olar ki bir-birindən ayrılmırlar. Onların hər ikisi sahibini durmadan vəsvəsə edir və ona rahat yaşamağa imkan vermir. İmam Əli buyurur ki kin bir xəstəlikdir ki yalnız qələbə çalan halda o xəstəlik sağala bilər. Bu isə o deməkdir ki kinli insan küdürətinə müsbət cavab vermək üçün qarşı tərəfi nəyin bahasına olur olsun üstələməlidir. Təbii ki bu yolda o töhmətə, böhtana, yalana və hətta qətlə və terrora da əl ata bilər. Buna görədir ki İmam Əli buyurur: Kin öldürücü xəstəlik və eyblərin ən alçağı və rəzilidir. (Ğurər əl-Hikəm, 966) (İslaminSesi.info) Oxşar xəbərlər
|