Elmin yarısını təşkil edən cavab
Bir çoxları bilmirəm cavabını verməkdən çəkinirlər. Bunun əsas səbəbi təkəbbürlükdür. Bir “alim” bilmədiyi şeyi əsassız olaraq cavablandırırsa, demək təkəbbür batqqlığından hələ çıxmayıb. Demək, onun elmi onu mənəvi zirvəyə çatırmayıb. Başqa sözlə desək onun elmi onun üçün mənəviyyat zirvələrinə çatmaq yolunda bir maneə və hicab olub.
Bir alimin elmi ona fayda verirsə bilmirəm sözünü deməkdən utanmamalıdır. İmam Əli (ə) də buyurur ki əsl alim odur ki bilmədiyi halda bilmirəm cavabını verər və bundan da utanmaya. Tarixdə dəfələrlə şahidi olmuşuq ki, böyük alimlər və filosoflar elmi zirvələrə çatdıqdan sonra “İndi mənə əyan oldu ki bilmirəm” etirafını etmişlər. Məsələn İbni-Sina kimi. Elə isə bir neçə kitabı mütaliə etmiş bizlər, bilmirəm, kəlməsini deməyə görə əsla utanmamalıyıq. İmam Əli (ə) buyurur: “Bilmirəm, kəlməsini tərk edən insan həlak olar” (Nəhcül-Bəlağ, Hikmət-85) Allahın Elçisi Məhəmməd Peyğəmbər (s) səhabəsi Əbuzərə nəsihətində buyurur: “Ey Əbuzər! bilmədiyin bir şeyi səndən soruşanda de ki, bilmirəm. Belə etsən onun (əsassız cavabın) acı nəticələrində qurtularsan. Elmin olmadığı şeydə fətva vermə! Belə etsən qiyamətdə Allahın əzabından qurtulmuş olarsan” (Məkarimul-Əxlaq, hədis-2661) Buna görədir ki ərəb məsəllərində bilmirəm, cavabı elmin yarısı kimi təsvir edilib. (İslaminSesi.info) Oxşar xəbərlər
|