Zikrdə keyfiyyət önəmlidir yoxsa kəmiyyət?
Mьəllif: admin1
Tarix: 3-04-2021, 22:35
Zikrdə keyfiyyət önəmlidir yoxsa kəmiyyət?
Bir gün Allah təala həzrət Musaya (ə) buyurdu:

“Ya Musa gecə və gündüz mənə zikr etməyi coxalt! və zikrə məşğul olan zaman qəlbini xüşu hissi (qorxu və diqqət) halina gətir.”

Külliyyat Əhadis-Qüdsi (Cəvahirus-Sünniyyə fil -Əhadis əl-Qüdsiyyə), səh-155

Həqiqətən Allah təalanin zikrinin insan mənəviyyatının zənginləşməsində qoyduğu təsir əvəz edilməzdir. Zikir insanda həm cismani olaraq, həm də ruhani olaraq təsir qoyur.

Zikrin ən aşağı mərtəbəsi dil zikridir ki buda insanın bədən üzvlərinə bağlıdir.Özünü zikrə alışdıran insan əzaları daima ilahi nurun təsiri altındadır.Bu müsbət təsir insanın ictimai əxlaqına da birbaşa təsir edir.

İnsanın mənəviyyatına bir başa təsir edən, ali insanlıq məqamına catdıran həqiqi zikr isə aramlıq, qorxu və diqqətlə edilən zikirdir. Necə ki rəbbimiz həm gecə həm gündüz zikrin coxalmasını, həm də qəlbin ilahi əzəmət qarşısında riqqət və diqqətini istəmişdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, insan həyatının aramlığı da zikr yolundan və daima Allahı yad etmək yolundan keçir. Allahı yad edən insanlar üçün həyat problemlərinin anlamı da fərqli olar.

Günahkarlar üçün həyat problemləri məşəqqət və çətinlik səbəbi olduğu halda, bu çətinliklər Allahı zikr edənlər üçün imanın artması və möhkəmləşməsi amili olacaqdır.

Buna görədir ki Qurani-Kərimdə buyurulur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd-28)

Nəticə etibarilə demək olar ki zikrin kəmiyyətindən asılı olmayaraq, insan daima Allahı nəzərdə tutmalı, daima onu yada salmalıdır.



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930