Dünya və axirətin ən üstün əxlaqı
Cərrah Mədaini nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu: İstəyirsənmi ki, sənə deyim ən ali əxlaq hansılardır?”.
Dedim: “Bəli”. Buyurdu: “Başqalarını əfv etmək, (mömin) qardaşına malından yardım etmək, Allahı çoxlu yada salmaq”. İmamın (ə) nəzərinə görə, əxlaqın ən ali dərəcələri bunlardır: "başqalarını bağışlamaq, mömin qardaşına yardım etmək və Allahı zikr etmək". 1. Başqalarını bağışlamaq. Həzrət Peyğəmbər (s) buyurur: “Dünya və axirətin ən üstün əxlaqını sizə deyimmi? Sənə zülm edənə güzəşt etmək, səninlə əlaqəsini kəsənlə rabitə qurmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxşiş etmək”. 2. Mömin qardaşına yardım etmək. İmam Sadiq (ə) buyurur: “Elə bir mömin yoxdur ki, zülm görmüş möminə yardım etsin, məgər o halda bu əməlin (savabı) Məscidul-Həramda bir ay oruc və etikaf etməkdən daha üstündür. Elə mömin yoxdur ki, mömin qardaşına yardım etmək gücü olsun və ona yardım etsin, məgər o halda ki, Allah ona dünya və axirətdə yardım edər. Elə bir mömin yoxdur ki, mömin qardaşına yardım etmək gücü olsun və onu öz halına buraxsın, məgər o halda ki, Allah dünya və axirətdə onu öz halına buraxar”. 3. Allahı çoxlu yada salmaq. İmam Sadiq (ə) buyurur: “Allahın bəndələrinə vacib buyurduğu ən mühüm əməl – Allahı yada salmaqdır. Agah olun. Məqsəd “Sübhənallah, Əlhəmdulillah, Lə iləhə illəllah, vallahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bu da Allahı yada salmaqdır. Ancaq məqsədim Allahı haram və halalının yanında yada salmaqdır. Əgər itaət və bəndəlik olarsa, ona əməl etsin. Əgər günah olarsa, onu tərk etsin”. /Deyerler.org/ Oxşar xəbərlər
|