ALQI-SATQININ HÖKMLƏRİ
ALQI-SATQI
Alqı-satqı növləri 1- vacib 2- haram 3- müstəhəb 4- məkruh 5- mübah Vacib alqı-satqı İslamda tənbəllik və işsizlik pislənildiyindən öz ailəsinin dolanışığını təmin etmək vacib sayılmışdır. Alqı və satqı yolundan başqa bir yolla ailələrini təmin edə bilməyənlər yəni qazanclarını tək bu yolla əldə etmək bacarığında olanlara alver yolu ilə yaşayış xərclərini ələ gətirsinlər və başqalarına möhtac olmasınlar. MÜSTƏHƏB ALQI-SATQI Öz əhli-əyalının ailə güzəranını genişləndirmək və digər müsəlmanlara mənfəət yetirmək müstəhəb işlərdəndir. Məsələn: məhsul əkib,becərməklə məşğul olan əkinçi ki, öz yaşayış xərcini ələ gətirir, boş vaxtlarında kasıblara kömək etmək niyyəti ilə alver etsə savabı vardır. HARAM ALQI-SATQI 1-Nəcas şeylərin alveri; 2-Mənfəəti adətən haram olan əşyalar. Məsələn: Qumar; 3-Qumar və ya oğurluq yolu ilə əldə olunan bir şeyin alqı-satqısı; 4-Azdıran (yoldan çıxaran) kitabların alveri; 5-Saxta sikkələrlə (pulla) alver etmək; 6-Müsəlmanların əleyhinə güclənəcək islam düşmənlərinə bir şey satmaq. 7- Müsəlmanların əleyhinə güclənəcək islam düşmənlərinə silah satmaq. Bu yerlərdə alqı-satqı məkruhdur. • Alçaq insanlarla alver etmək; • Sübh azanı ilə Günəşi çıxmasına qədər olan alqı-satqı; • Başqası almaq istədiyi malın alverinə girişmək. ALVERİN ADABI • Müstəhəblər * Alverdə müştərilər arasında fərq qoymamaq; * Malın qiymətinin üstündə çox bərk dayanmasın. * Tərəflə alqı-satqı edən şəxs peşman olub alqı-satqını pozmaq istəsə, malı geri götürsün. • Məkruhlar * Malı çox tərifləmək; * Müştəri ilə pis danışmaq; * Alverdə doğruya and içmək (yalandan and içmək haramdır). * Alver üçün hamıdan öncə bazara daxil olub hamıdan gec ordan çıxmaq; * Tərəziylə çəkmək və metrə ilə ölçməyi yaxşı bilinməyən yerlərdə malın çəkilib, ölçülməsi. * Alver sözdələşməyi bitdikdən sonra qiymətin azaltmasını istəmək. ALQI-SATQININ HÖKMLƏRİ 1-Başqasının ev və əşyasını haram istifadə üçün satmaq və ya kirayə vermək haramdır. 2-Yoldan azdıran kitabların satışı, alqısı, saxlanışı, yazması, oxnuması və tədris edilməsi haramdır. Lakin düzgün məqsəd üçün olsa haram deyildir. Məsələn: kitabdakı sual və şübhələrə cavab vermək qəsdilə olarsa. 3-Satdığı malı qiymətsiz başqa malla qarışdırmaq haramdır. Məsələn: Yeşikdəki meyvənin üstünə yaxşı altına isə pislərini yığıb satmaq və ya südə su qarışdırıb satmaq kimi. 4-Vəqf olunmuş malı satmaq olmaz. Lakin xarab olarsa və istifadədən yararsız vəziyyətə düşərsə olar. Məsələn məscidin xalçası artıq istifadə üçün yararsız olarsa. 5-Bir kəsə kirayə verilmiş ev ya əşyanın alqı-satqısının eybi yoxdur. Lakin kirayə müddətində ondan istifadə etmək kirayə edən şəxsə aiddir. 6-Alverdə gərək satılan malın xüsusiyətləri bilinsin. Lakin camaat arasında elə maraq olmayan və laqeyd yanalışan xüsusiyyətləri söyləmək lazım deyil. 7-İki eyni cinsdən olan malın ölçüdən artığa alıb-satılması «Sələ» olduğundan haramdır. Məsələn bir ton buğda verib əvəzində bir ton iki yüz qıramalmaq kimi. Habelə birinə bir mal ya pul borc verib bir müddətdən sonra verdiyindən artığını almaq. Məsələn on min manat verib bir ildən sonra on iki min almaq kimi. ALVERİ BİR-BİRİNƏ VURMAQ (GERİLƏMƏK) Aşağıdakı bəzi hallarda alıcı ya satıcı alqı-satqını poza bilər: • Satıcı və ya alıcı aldanmış olsa; • Alqı-satqıda müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin alqı-satqını poza bilməsini şərt qoysalar, şərtə uyğun olaraq alqı-satqını onlardan hər biri poza bilər. Məsələn alver zamanı deyiblər ki,peşman olan şəxs üç gün müddətində qaytara bilər. • Alverdən sonra aldığı malın eybli olduğunu bilsə; Satıcı malın xüsusiyyətlərini ona deyəndən sonra dediyi kimi olmadığı məlum olsa; məsələn desə ki, bu dəfətər 200 vərəqdir, sonra məlum olsa ki, deyiləndən azdır. Əgər alverdən sonra maldakı eybi bilərsə dərhal onu qaytarsın. Yoxsa alveri pozmaq haqqı olmaz. Oxşar xəbərlər
|