Qiyamətin 31 adı və onların mənası
Qurani-Kərimdə qiyamət günü (qəbirlərdən qalxma günü) üçün 70 formada adlandırma gəlib. Onların bəzisi bir kəlmə, bəzisi bir söz birləşməsi və tərkibi ilə, bəzisi isə bir cümlə ilə ifadə olunub.
Bəziləri fərqli adlandırma olsa da təqribən eyni mənanı verirlər. Qiyamətin 31 adını təqdim edirik: 1- Yəumul-hesab: Hesab günü 2- Yəumud-din: Haq-hesab günü 3- Yəumul-Cəm: Hamının toplaşdığı gün 4- Yəumul- Fəsl: Hər şeyin ayırd edildiyi və ya bir-birindən ayrıldığı gün 5- Yəumul-xuruc: Qəbirlərdən çıxma günü 6- Yəumul-Məvud: Vəd edilmiş gün 7- Yəumul-xulud: Əbədiyyət günü 8- Yəumul-həsrə: Həsrət günü 9- Yəumut-Təğabun: Cənnət əhlinin cəhənnəm əhlinə rişxənd etdiyi gün 10- Yəumut-tənad: Vaveyla günü 11- Yəumut-təlaq: Görüş günü; Biri zülm etdiyi məzlumla üzləşəcək, biri günah etdiyi rəbbi ilə 12- Yəumul-Əzifə: Qorxudan, ürəklərin ağıza gələcəyi gün 13- Yəumul-vəid: Cəhənnəm vədəsininin həyata keçəcəyi gün 14- Yəumul-həqq: Haqq günü, bu gün yalnız haqq öndə olacaq, haqq danışacaq, batil deyil 15- Yəumul-Bəəs: Məzardan qalxmaq və hərəkət günü 16- əd-Darul-Axirə: Axirət günü ( Axirət son deməkdir) 17- əs-Saə: (Qorxulu və talüyyüklü) An 18- əl-Haqqə: Nazil olan (əzablı və şiddətli) qiyamət 19- əs-Saxxətu: Qulağı kar edən səs 20- ət-Tammətul-Kubra: Böyük müsibət günü 21- əl-Ğaşiyə: (Aləmi) çulğalayan gün 22- əl-Qariə: Qoparan (ürəkləri qoparan, hər şeyi yerindən qoparan) 23- əl-Miad: Qayıdış 24- Vaqiə: Hadisə 25- Yəumul-Axir: Son gün 26- əl-vəqt əl-Məlum: Məlum zaman 27- Yəum tubləs-sərair: Sirlərin aşkar olduğu gün 28- Yəumun la yənfəu malun və la bənun: Malın və övladların fayda vermədiyi gün 29- Yəvmun la yuğna məulən ən məula şəyən: Nökərin ağaya və ya dostun dosta fayda verməyəcəyi gün 30- Yəumul-Firaq: Ayrılıq günü 31- Yəumur-Racifə: Günahkarların sarsıldığı gün Oxşar xəbərlər
|