Allahın nuru ilə baxan, onun tövfiqatı ilə danışan fərasətli mömin
Mьəllif: admin1
Tarix: 20-04-2017, 22:28
Allahın nuru ilə baxan, onun tövfiqatı ilə danışan fərasətli mömin
Qurani-Kərimdə Hicr surəsinin 75-ci ayəsində dünyada bəzi keçmiş qövmlərə nazil edilən bəlalar və insanların üzləşdiyi çətinliklər haqda buyurulur:

“Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”

Tanınmış müfəssir Əllamə Təbatəbai “düşünüb, daşınanlar” (əl-mütəvəssimin) ibarəsini fərasətlilər kimi izah edir.

Əl-Mizanda deyilir: “Allahın Rəsulu buyurdu ki, möminin fərasətindən qorxun, çünki o Allahın nuru ilə baxır. Bundan sonra Peyğəmbər bu ayəni oxudu: “Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”, yəni fərasitlilər üçün.

Allahın Peyğəmbəri yenə buyurub: “Möminin fərasətindən (və ya fərasətli mömindən) qorxun! Çünki onlar Allahın nuru ilə baxır və Allahın tövfiqatı ilə danışırlar” (Kənzul-Ümmal, hədis-30730)

İmam Əli buyurur: “Möminlərin ehtimallarından və hissindən qorxun! Çünki Allah haqqı onların dilində qərar verib.

İmam Baqir buyurur: “Hər bir məxluqun alnında onun mömin və kafir olduğu yazılıbdır. Amma bu sizə gizlindir. Bu Ali-Məhəmmədin imamlarına gizlin deyil. Onların yanına gedən hər birinin mömin ya kafir olduğunu bilirlər.” İmam sonra “Bunda (bu əzabda) fərasətlilər üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!” ayəsini oxudu və bəyan etdi ki fərasətlilər Ali-Məhəmmədin imamlarıdır.

Yuxarıda deyilən ayədən, hədislərdən və Əllamə Təbatəbainin təfsirindən bir neçə nəticə əldə olunur:

1- Möminin vacib şərtlərindən biri fərasətli olmaqdır. Fərasətsiz insan , haqqının digəri tərəfindən yeyilməsinə göz yuman, bunu almağı bacarmayan, əfəl, iti baxışları olmayan, uzaqgörənliyi olmayan, siyasətçi olmayan və insanları tanıya bilməyən mömin deyil.

2- Fərasətlilərin bariz nümunəsi imamlardır.

3- Fərasət dedikdə, dələduzluq edib, insanların haqqına sahib çıxmaq, onları aldatmaq və hiyləgərlik etmək nəzərdə tutulmur.

4- Fərasətli mömindən qorxun dedikdə, yəni onlara qarşı hiylə işlətməyin, onlara zülm etməyin deməkdir, onlardan qorxub, qaçmaq anlamında deyil.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930